Müəllimlərin yerdəyişmə etməsi məhdudlaşdırılır - RƏSMİ
"Müəllimlərin işə qəbulu müsabiqəsindəki dəyişikliyə əsasən, onların 3 il ərzində yerdəyişmə etməsi məhdudlaşdırılır".
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, işə yeni qəbul edilən müəllimlər ya yerdəyişmə edirlər, ya da yenidən işə qəbul üçün müraciət edirlər:
"Bu, təhsil prosesinin fasiləsizliyinə təsir edir. Qərara alınıb ki, yeni işə qəbul olan müəllimin 3 il ərzində yerdəyişməsinin məhdudlaşdırılması labüddür. Müəllimlərin fasiləsiz bir yerdə işləməsi pedaqoji fəaliyyətə müsbət təsir edəcək".
"Bu ildən etibarən ucqar kənd yerlərində 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1,5 əmsalına vurularaq hesablanacaq. Eyni zamanda, həmin yerlərdə 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq", - deyə o qeyd edib.
Nazirlik rəsmisi qeyd edib ki, vakansiya seçimində şəhid ailəsi üzvlərinə üstünlük veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir