Koçaryanın ənənəvi murdarlığı: Cani iliyinə "saplanan iynənin" yaralarını sağalda bilməyəcək – ŞƏRH

Koçaryanın ənənəvi murdarlığı: Cani iliyinə "saplanan iynənin" yaralarını sağalda bilməyəcək – ŞƏRHErmənistanın ikinci prezidenti Robert Koçaryan müharibə cinayətləri, mülki insanların soyqırımı üzərindən hakimiyyətə gəlmişdi, əli qana batmış cani iqtidar kürsüsünə çevriliş ssenarisi ilə yiyələnmişdi.

Üstəgəl, 2008-ci ilin martın 1-də xələfi Serjik Sarkisyanın saxtakarlıqla hakimiyyətə gəlişinə "yaşıl işıq" yandırmaq üçün öz xalqına qarşı da cinayət əməlini törətmişdi.

Koçaryan elə bir tarixi ləkədir ki, o, yalnız yazıçıların öz əsərlərində yaratdığı ən riyakar, murdar xislətli obrazlarla müqayisəyə gələ bilər.

Koçaryan erməni tarixi üçün də silinməz ləkədir, dahi rus yazıçısı Mixail Bulqakovun dünyaca məşhur "Master və Marqarita" əsərinin mənfi personajı Voland kimi çoxsimalı riyakardır.

Beyin hüceyrələrini qidalandıran erməni mifologiyası onun kütləvi psixoz yaratmaq cəhdləri ilə müşayiət olunur. Bu, erməni millətçiliyinin körüklənməsi, revanşist duyğuların dirilməsinə xidmət edir, eyni zamanda zədələnmiş nüfuzunun təmiri üçün materiallar yığmaq cəhdidir.

Amma erməni cəmiyyəti o materialı Koçaryana vermir, çünki onun hansı xislət sahibi olduğunu, erməni xalqını hansı bəlalara sürüklədiyini gözəl dərk edir.

Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsi Koçaryanın iliyinə elə bir "iynə" saplayıb ki, o, isterik durumunu "cəsarətli" çıxışlar etməklə pərdələmək istəyir.

Koçaryandan bir dənə də xoş addım gözləmək mənasızdır, o getdikcə azğınlaşır, darmadağın olmuş mifi qəbirdən çıxarıb diri vəziyyətdə saxlamağa çalışır.

Koçaryan Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallığı beyninin həzminə vermək niyyətindən uzaqdır, çünki onun siyasi keçmişindəki cinayətkar, rüşvətxor, korrupsioner fəaliyyətini məhz revanşizm və millətçilik şüarları arxa plana ata bilər.

Amma Koçaryan və onun kimiləri xaraktercə qorxaqdırlar, quyruqları qapı arasında qalanda qışqırıqları üfüqlərdə əks-səda verər və yalvararlar. Yəni "qəhrəman" obraz birdən-birə çevrilib qorxaq olar.

Koçaryan yenə mətbuat konfransı keçirib, ermənilərin şüurunu kütləşdirmək üçün yeni reseptlərlə çıxış edib.

Ənənəvi mövzular, Azərbaycan və Türkiyəyə qarşı yönələn ənənəvi murdar tezislər.

Koçaryan erməni xalqına bu çağırışı da edir ki, mövcud hakimiyyəti devirsinlər. Koçaryanın köhnəlmiş zehnini revanşizm ovqatında itirməsinin isə heç bir faydası olmayacaq.

İstər o, istər xələfi Serjik Sarkisyan nüfuzu dibdə sürünən, mənəviyyatları aşınan şəxslərdir. Hərçənd onların arasındakı soyuq münasibətlərin yaratdığı "buzlar" aysberq səviyyəsinə qalxıb, amma nəticədə hər ikisi bir medalın iki üzüdür.

Azərbaycanla Ermənistan arasında normallaşma belələri üçün qarın ağrısıdır, çünki erməni xalqı bu normallaşmadan fayda gördükdən sonra onları "dar ağacına" gətirib üzlərinə tüpürdükdən sonra "asacaqlar".

Koçaryan və Sarkisyanlar regional bəladırlar, bu bəlanın da öhdəsindən gələcəyik.../oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1298   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28 oktyabr
.

İsraildə seçkilərdən sonra siyasi gərginlik: Netanyahu hökuməti qura biləcəkmi?

İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu təmin edib-etməyəcəyi koalisiya danışıqlarının nəticəsindən asılı olacaq. The Jerusalem Post-a istinadən xəbər veri

29 oktyabr
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28 oktyabr
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29 oktyabr
.

Leyen Ukrayna ilə bağlı danışıqlara öz adamını göndərir

Avropa Birliyi Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək üçtərəfli danışıqlara nümayəndə heyəti göndərmək niyyətindədir. xəbər verir ki, bu barədə "Avronyus" mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin aparat rəhbər

28 oktyabr
.

Financial Times: "Google süni intellektə 51 milyard dollardan çox vəsait xərcləyir"

Google-un ana şirkəti Alphabet süni intellekt və bulud infrastrukturu üçün xərclərini kəskin artırıb. Financial Timesın məlumatına görə, şirkətin süni intellektə yönəltdiyi böyük investisiyalar investorların narahatlığına səbəb olub. Alphabet-in əməliyyat gəliri bazar gözləntilərini doğrultmayıb və şirkəti

29 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr