"Mehriban düşmən"lərin qatıq davası

"Mehriban düşmən"lərin qatıq davasıGürcüstan və Ermənistan strateji müttəfiqlik və dostluqdan danışıb, sazişlər imzalayıb, bəyanatlar versələr də, iki dövlət arasında problemlər qalır. Bu problemlər kilsələrdən tutmuş, ərazi iddiası kimi geniş bir spektri əhatə etməkdədir. SSRİ dağıldıqdan sonra isə gərginlik daha qabarıq şəkildə üzə çıxdı. 90-cı illərdə güclənən problemlər o yerə çatdı ki, ermənilər batalyonlar yaradıb separatçı Abxaziyada döyüşərək yüzlərlə gürcünü qanına qəltan etdilər. Separatçı Cavahetiya bölgəsindəki erməni əhalisinin mütəmadi narazılıqlarını da iki dövlət arasındakı narazılıqlar siyahısına daxil etmək olar. Gürcü hakimiyyəti erməniləri vaxtında susdurmaqla problemin böyüməsinə imkan vermədi. Buna baxmayaraq, mütəmadi olaraq erməni deputatları, partiya liderləri bölgədə separatizm yaymaqda davam edir. Gürcüstanla Ermənistan arasında bu dəfə yaşanan problem isə sözün əsl mənasında tragikomikdir.

Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunub.

İki qonşu arasında narazılıq bu dəfə kulinar-qastronomiya sahəsindədir. Gürcüstan Ermənistanda istehsal olunan "Matsun" əmtəə nişanlı süd məhsulunun (qatıq) öz ərazisi vasitəsilə Rusiyaya tranzitini qadağan edib. Bildirilib ki, buna səbəb Gürcüstanın "Matsoni" adını özünün coğrafi göstəricisi kimi qeydiyyata almasıdır. Ermənistan istehsalçıları "Matsun"u Rusiyaya Gürcüstan üzərindən "erməni dağ yoqurtu" adı altında ixrac etməyə məcbur olublar. Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkə hələ 2011-ci ildə "Matsoni" adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsələr də, bu, diqqətə alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə danışıqlar aparır. Ermənistanın süd məhsulları istehsalçıları bildiriblər ki, Gürcüstan "Matsoni" adını coğrafi göstərici kimi çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli sürülməyib.

"Eurasianet" yazır ki, Gürcüstan dövlətinə məxsus "İmedi" telekanalı mübahisəni tamamilə yeni səviyyəyə qaldırıb. Telekanal problemlə bağlı hazırladığı reportajda gürcü dilində "matsoni", ermənicə isə "Qarabağ Azərbaycandır, dolma da azərbaycanındır" yazısı olan qatıq şüşəsinin şəklini yayımlayıb. Gürcüstan kanalının reportajı internetdə populyarlıq qazanmaqla yanaşı, erməni istifadəçilərin hiddətinə səbəb olub. Hətta məsələyə Gürcüstandakı Ermənistan səfirliyi qarışıb və kanaldan izahat tələb edib. "İmedi" dəqiqləşdirib ki, qatıqla bağlı şəkil internetdən götürülüb. Bir gürcü "Facebook" istifadəçisi isə zarafatla yazıb: "Gəlin Ermənistana müharibə elan edək. Bununla da Ermənistan və Gürcüstanın qatıq üstündə necə müharibə apardığı tarixə düşsün. Bunu istəyirsiniz?"

"Mehriban düşmən"lərin qatıq davasıRusiyanın "Nezavisimaya qazeta" nəşri də dərhal baş verənlərə görə gürcü tərəfini ittiham etməyə tələsib. Qəzet gürcü tərəfinin arqumentlərinin qəribə səsləndiyini iddia edib. Onu da qeyd edək ki, gürcülər bu süd məhsulunu Fransa istehsalı şampan və konyakla yanaşı qoyurlar. Xatırladırlar ki, "Matsoni" adı Gürcüstanda coğrafi anlayış kimi qeydiyyata alınıb. Rusiya nəşri tələm-tələsik belə bir yaşayış məntəqəsinin, həqiqətən də, mövcud olub-olmaması barədə araşdırma aparıb və "müəyyən" edib ki, bu adda nə region, nə yaşayış məntəqəsi, hətta onun oxşarı belə yoxdur. Müəllif gürcülərin yanaşmasının anlaşılan olmadığını, ardınca da "qatıq" mübahisəsinin kökündə iki dövlətin əbədi mübahisələrinin durduğunu göstərib. "Kim daha qədimdir, birinci kim nəyi icad edib, nəyin kimin mətbəxinə aid olması ilə bağlı mübahisə gürcülərlə ermənilər arasında çoxdandır ki, gedir" - deyə qəzet yazır. "Son illərdə turizm və ticarətin inkişafı ilə yeməklərin və içkilərin köhnə adlarının təbliğat brendinə çevrilməsi də burada rol oynayıb. Məhz o illərdə də ehtiraslar (???) xəngəl, xaçapuri və sucuqun hansı millətin nümayəndəsi tərəfindən icad edildiyi mövzusunda gedib. Üzümçülüklə bağlı mübahisələr isə daha ağrılı forma alıb. Ermənilər gürcülərdən özünəməxsus formada qisas alıblar. Qəfil iddia etməyə başlayıblar ki, qoz, fındıq və üzüm bəhməzindən hazırlanan şirin çurçxeli onlara məxsusdur. Mübahisə hələ də rəsmi şəkildə həllini tapmayıb. "Matsoni" ilə bağlı vəziyyət isə tragikomikdir. Məhsulu ilk olaraq ermənilərin və ya gürcülərin icad etdiyini sübut etmək, əti odda ilk dəfə kimin qızartması məsələsi qədər absurddur. Buna baxmayaraq, fakt budur ki, Ermənistanın "matsun" adlı məhsulunu Gürcüstan ərazisindən daşımaq hüququ yoxdur", - deyə məqalədə vurğulanır.

Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Qayane Antonyan vəziyyəti qəzetə şərh edərkən bildirib ki, bu mövzudakı hay-küy hələ 2011-ci ildə başlayıb: "Bu gün Ermənistan hökuməti gürcü həmkarları ilə iş apararaq coğrafi göstəricilərdən istifadənin aydınlaşdırılması üçün tədbirlər görür", - deyə Antonyan bildirib. Onun sözlərinə görə, Tbilisi ilə müvafiq müqavilə və coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında saziş imzalandıqdan sonra məhsul öz ənənəvi adı ilə Gürcüstan ərazisindən keçməklə başqa ölkələrə ixrac oluna biləcək. Nazirlik rəsmisi əlavə edib ki, bu məsələ Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında müzakirə ediləcək. Problemin effektiv həlli üçün birgə işçi qrup yaradılıb.

Baş verənlər göstərir ki, Ermənistan Gürcüstanın müstəqilliyi üçün əbədi və başlıca təhdiddir. Erməni diaspor təşkilatlarının antigürcü fəaliyyətləri Gürcüstan dövlətinin altına qoyulmuş minadır. Rəsmi Tbilisi təsirli tədbirlərini gücləndirməlidir. Əks təqdirdə, bir neçə ildən sonra Gürcüstan daha böyük problemlərlə və qanlı hadisələrlə üz-üzə qala bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1644   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb

Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmi

30 oktyabr
.

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atdı

Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın

29 oktyabr
.

Norveç Baş naziri Putin və Zelenski ilə söhbətdən sonra Ukrayna əraziləri ilə bağlı şərh verib

Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini "heç vaxt imzalamayacaq". -nun xəbərinə görə, Stere bildirib ki, "Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəs

28 oktyabr
.

Financial Times: "Google süni intellektə 51 milyard dollardan çox vəsait xərcləyir"

Google-un ana şirkəti Alphabet süni intellekt və bulud infrastrukturu üçün xərclərini kəskin artırıb. Financial Timesın məlumatına görə, şirkətin süni intellektə yönəltdiyi böyük investisiyalar investorların narahatlığına səbəb olub. Alphabet-in əməliyyat gəliri bazar gözləntilərini doğrultmayıb və şirkəti

29 oktyabr
.

İsraildə seçkilərdən sonra siyasi gərginlik: Netanyahu hökuməti qura biləcəkmi?

İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu təmin edib-etməyəcəyi koalisiya danışıqlarının nəticəsindən asılı olacaq. The Jerusalem Post-a istinadən xəbər veri

29 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

28 oktyabr
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28 oktyabr