Bu içkilər də koronadan sağalmağa kömək edir
Yeni növ koronavirusa yoluxduqda bəzi içkilər orqanizmin sağalmasına kömək edir. Lakin bir sıra içkilər var ki, onlardan müvəqqəti olaraq imtina etmək məsləhət görülür.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova bu barədə deyib:
"COVİD və onun əleyhinə qəbul edilən dərmanlar orqanizmdə sərbəst radikalların əmələ gəlməsinə müəyyən qədər zərərli təsir göstərir. Ancaq maye qəbulu sərbəst radikalların orqanizmdən çıxmasına və koronadan tez sağalmağa kömək edir. Koronavirus infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür" .
Həkim-endokrinoloqun dediyinə görə, evdə hazırlanan içkilər və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir. Lakin xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasıni yerinə yetirən əsas maye sudur:
"Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içilir. Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər - qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir".
Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal göstərir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2262 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14 sentyabrGənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
6 sentyabrHədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm
8 sentyabr"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrPeyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
5 sentyabr