ÜST koronavirusun daha təhlükəli ştamı barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, ÜST rəhbəri koronavirusun daha təhlükəli ştamının yaranmasının mümkün olduğunu qeyd edib. Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.
O bildirib ki, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması "pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə" səbəb olub. Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1718 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çexiya NATO-nun müdafiə xərcləri hədəfinə çata bilməyəcək
Çexiya Respublikası bu il NATO-nun müdafiə xərcləri üçün ÜDM-in 2%-lik hədəfinə çata bilməyəcək. "Report"un məlumatına görə, bu barədə ölkənin Baş naziri Andrey Babiş "Financial Times" qəzetinə açıqlamasında bildirib. O, hökumətin öhdəliyini yerinə yetirmək üçün "əlindən gələn
31 mayMerilin Monronun şəxsi əşyaları görün neçəyə satıldı
ABŞ-da məşhur aktrisa Merilin Monronun şəxsi əşyaları hərrac vasitəsilə satılıb. xəbər verir ki, hərracda aktrisanın geyimləri, qab-qacağı, məktubları və zinət əşyaları ümumilikdə 2,5 milyon dollardan artıq qiymətə alıcı tapıb. Hərracın ən bahalı lotu "Kristian Dior" markalı kostyum olub. B
5 iyunİyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası yayıb. Bildirilib ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə - perigey nöqtəsin
5 iyunNASA rəhbəri UNO iddialarına aydınlıq gətirdi
"Qəzaya uğrayan naməlum uçan obyektlərlə və ya ölən yadplanetlilər barədə sənədli sübut yoxdur". xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda bildirib. O qeyd edib ki, agentlikdə bu barədə heç bir sənədləşdirilmiş sübu
3 iyunKİV: ABŞ üzərində meteorit partlayıb
ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər. xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəz
31 mayTramp idrak qabiliyyətləri testinin nəticələri ilə öyünüb
ABŞ Prezidenti Donald Tramp idrak qabiliyyətlərinin tibbi testindən uğurla keçdiyini açıqlayıb. "Report" xəbər verir ki, Ağ Evin rəhbəri bunu "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Uolter Rid ordu tibb mərkəzində aparılan və mənə təqdim edilən tibbi müayinəmin nəticələr
31 mayNATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər
NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər. "Report"un məlumatına görə, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forum
31 may