"Mehriban xanımın belə bir ali vəzifəyə təyin olunması zamanın və xalqın tələbi idi"- Emil Əkbərov

"Mehriban xanımın belə bir ali vəzifəyə təyin olunması zamanın və xalqın tələbi idi"- Emil Əkbərov"Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Akbarov deyib.

Emil Akbarov qeyd edib ki, 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə, ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı:

"Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Bu addımn yalnız Azərbaycan üçün deyil, bütün region üçün yenilik oldu. Təbii ki, bu posta məhz Prezident İlham Əliyev tərəfindən 2017-ci il 21 fevral tarixində imzalanan sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi təyin olunması xalqımızın uğurlu gələcəyimizə olan inamını bir daha artırdı. Çünki 2005-ci ildən ictimai-siyasi fəaliyyətə başlamış Mehriban xanım Əliyevaya xalqa xidmət göstərmək üçün heç bir vəzifənin lazım olmadığının dəfələrlə əyani şahidi olmuşuq. Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi onun yorulmaz fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilib. Lakin Mehriban xanımın ölkənin ikinci ən səlahiyyətli şəxsi kimi fəaliyyətə başlaması bir çox sahənin davamlı, dayanıqlı və müntəzəm inkişafına səbəb olub.

Hər zaman cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərən zərif cinsin nümayəndəsi kimi çıxış etməkdədir.

Ümumiyyətlə, Mehriban xanımın belə bir ali vəzifəyə təyin olunması zamanın və xalqın tələbi idi. Ötən beş illik müddət sübut edib ki, Prezident cənab İlham Əliyevin tarixi qərarı özünün məhsuldar nəticələrini verməkdədir".

Emil Əkbərov vurğulayıb ki, bu illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artıb:

"Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Heç kəsə sirr deyil ki, Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.

Onu da vurğulamaq istəyirəm ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən, Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da buraya əlavə etsək, deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Fonda ünvanlanmış minnətdarlıq məktublarının sayı minlərlədir.

Bir sözlə, Mehriban xanım ölkə xaricində dövlətimizin "zərif gücü"nü, "yumşaq gücü"nü, humanist yanaşmalarını təmsil edərək daxildə formalaşmış və dövlət başçısının ətrafında birləşmiş "dəmir yumruğ"un, xalqın vahidliyinin dünyada təzahürüdür".

Emil Akbarov Mehriban xanım Əliyevanın Vətən müharibəsində və sonrakı dövrdə də dövlətin, xalqın həyatında müstəsna rolunu olduğunu vurğulayıb:

"Belə ki, ölkəmizdə xüsusi ilə həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Şəhid ailələrinə, qazilərə öz doğma anaları, bacıları kimi davranan Mehriban xanım Əliyeva onların sosial qayğıları ilə yaxından maraqlanaraq, operativ şəkildə problemlərinin həll edilməsi istiqamətində öz tapşırıqlarını verib. İstər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına daim Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı olub.

Bir sözlə, məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürən Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1283   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr