Məktəblinin ailə qurduğunu bilib gizlədən müəllim və direktor cəzalandırılmalıdırmı?-AÇIQLAMA
Artıq bir neçə gündür ki, azyaşlıların erkən nigaha daxil olması ilə bağlı müxtəlif bölgələrdən xəbərlər alırıq. Bu gün azyaşlı bir məktəblinin ailə qurmasını bilib gizlədən müəllim və direktor da cəzalandırılmalıdırmı?
Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Elşən Qafarov açıqlama verib.
O bildirib ki, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və yetkinlik yaşına çatmayan uşaqların hüquqları ilə bağlı dövlətin vəzifələri var:
"Eyni zamanda, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının proflaktikası üzrə Prezidentin əlavə bir sərəncamı var və orada kimin hansı məsələyə cavabdeh olduğu konkret göstərilir. Bu məsələyə nəzarət üçün rayon icra hakimiyyətləri nəznində olan qəyyumluq üzrə komissiya təşkil olunur.
Təsəvvür edin azyaşlının toyu olur, ərazi icra nümayəndəsi, sahə müvəkkili yerli bələdiyyə, müvafiq orqanların cavabdeh şəxsləri o toyda yeyib-içib, oynayırlar, azyaşlını gəlin köçürdürlər, amma nəticədə məktəb günahkar hesab olunur. Məktəb nə edə bilər? məktəbin əlində nə səlahiyyətlər var? Məktəb sadəcə uşaq məktəbə gəlmədikdə rayon polis idarəsinə xəbər göndərə bilər. Məktəb sadəcə qayib yazır, vəsssalam. Onun səlahiyyəti ora qədərdir.
Polisə müraciət etsələr də, polis yaxşı bilir ki, hansı azyaşlı nişanlıdır, hansı sözlüdür, hansı gəlin köçüb, hansının övladı var. Hətta azyaşlıların əksəriyyəti bir çox hallarda ev şəraitində ana olurlar Bilirlər ki, xəstəxanaya getsələr, xəstəxana dərhal bu məsələylə bağlı tədbir görəcək.
Vaxtilə Cənub bölgəsində bu məsələ kütləvi hal almışdı, indi isə Sabirabad rayonu ölkə üzrə birinci yerdədir. Övladını erkən evləndirən valideynlər cinayət məsuliyyətinə cəlb olunurlar. Bu, bilərəkdən uşaq hüquqlarını pozmaqdır. 18 yaşı tamam olmayan şəxslər uşaq sayılır və uşaq birbaşa dövlətin himayəsindədir. Əgər valideyn uşağa qarşı bu cinayəti törədirsə, qanun qarşısında cavab verməlidir. Vaxtilə çox dəb olan "qız qaçırtma" ilə bağlı cinayət məcəlləsində dəyişiklik edildi və hazırda bu əməl adam oğurluğu hesab olunduğu üçün artıq belə hallar demək olar, sıfıra endirilib.
Hansı ərazi icra vahidində bu tip hallar baş versə, həmin ərazinin icra nümayəndəsi haqqında cinayət işi qaldırılmalıdır. Hansı sahə müvəkkilinin ərazisində baş verirsə, o ərazi nümayəndəliyi məsuliyyət daşıyır.
Unutmayaq ki, bu qızlar bizim övladlarımızdır, gələcək övladların anasıdır və bu kimi xoşagəlməz hallar bizə çox ciddi zərər vurur. Ona görə də onların baş verməməsi üçün ciddi mübarizə aparılmalıdır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü