"İşçilərlə küçədə aldığı bir tərbiyəyə uyğun davranır" - Deputat məmur özbaşınalığından GİLEYLƏNDİ
Bəzi məmurlar xalqa xidmət etməyi tam əksinə başa düşürlər. Vətəndaşların yaxşı yaşaması üçün məmur-vətəndaş münasibətlərini düzgün qurmaq əvəzinə, vətəndaşdan tamamilə uzaqlaşır, özlərini sanki "dağ başına qoyurlar".
Deputat Fazil Mustafa mövzuyla bağlı Sonxeber.az-a açıqlamasında bildirib ki, bəzi məmurlar vəzifədə oturub, qanunu, hüququ, insanla davranışı bilmirlər:
"Hansısa bir rayonda, bölgədə işçilərlə küçədə aldığı bir tərbiyəyə uyğun davranır. Məhkəmə mexanizmi bizdə insanları, vətəndaşı tam qoruya bilmədiyi üçün heç kim də öz hüququnu axıra qədər müdafiə etməyə ümidlə yanaşmır. Belə bir vəziyyətdə haqqı pozulan kifayət qədər insanlar var. Özbaşınalıq, başqalarına olan münasibətdə tətbiq olunan qeyri-etik davranışlardır Azərbaycanda xeyli yayğındır. Təbii ki, sağlam düşüncəli məmurlar da var. Onlar da, hesab edirəm ki, o qədər də yüksək vəzifələr tuta bimirlər. Çünki məhz bu özbaşınalıq "keyfiyyəti" çox zaman "yuxarı qalxmaq" üçün əsas meyarlardan biri olur.
"Məmur əlçatanığı" da spesifik, "bizə məxsus" bir məsələdir. Vətəndaş bir tərəfə, bir millət vəkili olaraq müraciət etdikdə, elə nazir var ki, "əlçatan" deyil, zəng etdikdə vecinə olmur. Çünki elə bilir ki, ona heç kim heç bir söz deyən deyil, "arxası möhkəmdir". Çox zaman köməkçisi götürür, nömrə verirsən, amma geri yığmır. Ona görə ki, məsuliyyət yoxdur, arxayındır ki, sənin haradasa dediyin sözün ona təsiri yoxdur. Bu məsələdə bəzi hallarda "cəzasızlıq mexanizmi" mövcud olduğuna görə, kiminsə haqqında neqativ bir məlumat səsləndirəndə də buna ciddi əhəmiyyət verilmir".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr