Documood layihəsinin təqdimatı keçirildi

Documood layihəsinin təqdimatı keçirildi22 Fevral 2022-ci il tarixində Park Inn Hotel-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Startup Şəhadətnaməsi əldə etmiş "DOCUMOOD" platformasının təqdimatı keçirildi. Platforma müqavilə və digər əqdlərin imzalanması zamanı kağız daşıyıcılardan istifadənin azaldılması və bu sahədə elektron həllərin tətbiq edilməsi məqsədi ilə yaradılmışdır. Qısaca, Documood.az müqavilələrin onlayn imzalanması üçün nəzərdə tutulmuşdur. İstifadəçilər "Gücləndirilmiş elektron imza" ilə daxil olaraq müqavilələri heç yerə getmədən rahatlıqla imzalaya biləcəklər. Layihənin əsas öncəliyi isə şirkətlərin məxfiliyinin qorunmasıdır. Azərbaycana yenilik gətirən Documood platforması sayəsində sahibkarlar, mühasiblər, hüquqşünaslar və digər aidiyyatı şəxslər kifayət qədər üstünlüklər əldə edirlər. Documood önümüzdəki aylarda durmadan öz funksionallıqlarını artırmağı və öz istifadəçilərinə daha çox fayda verməyi planlayır.

Təqdimat günündə bir çox önəmli şəxslər, sahibkarlar və dövlət orqanlarının nümayəndələri iştirak etdilər.
Layihənin təqdimatında "Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası"nın vitse prezidenti cənab Vüqar Zeynalov və "Documood" layihəsinin rəhbəri Səbuhi Kazımzadə çıxış etdilər. Çıxışlardan sonra iştirakçılar platforma barədə onları maraqlandıran suallara cavab aldılar.

www.documood.az saytına daxil olaraq platformanın imkanlarından yararlana bilərsiniz. Yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkələrdə /documood.az izləyə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1143   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun