Yaşı 35-dən yuxarı olan hamilələr vaksin vurdura bilərmi? - AÇIQLAMA
Hamiləliyin 12-ci həftəsində olan xanımlar koronavirusa qarşı vaksin oluna bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksiyon xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev qurumun "Facebook" səhifəsində bildirib.
Vaksinasiya ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandıran infeksionist bildirib ki, hər hansı allergik xəstəliyin olması, xroniki xəstəliklərdən şəkərli diabetin olması peyvəndləmə üçün əks göstəriş hesab olunmur:
"Hazırda hamilə qadınlar arasında vaksinasiya prosesi aparılır. Hamiləliyin 12-ci həftəsindən sonra xanımlar "Pfizer" peyvəndini vurdura bilərlər. Xüsusilə yaşı 35-dən yuxarı olan hamilələr, şəkərli diabet, xroniki xəstəliyi olanlar, piylənmə, hipertenziya, böyrək və qaraciyər xəstəliyi olan şəxslərin risk qrupuna daxil olduqlarını nəzərə alaraq vaksinasiya edilmələri tövsiyə olunur".
Həkim infeksionist hazırda infeksion xəstəliklərin kəskinləşmə mərhələsi və xroniki xəstəliklərin kəskin dönəmində olanların vaksinasiyasının tövsiyə olunmadığını bildirib:
"Bu şəxslərə öz həkimləri ilə məsləhət etmələri tövsiyə edilir. Əgər həkim uyğun görərsə, həkim komissiyasının rəyinə əsasən əks göstəriş sertifikatı verilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 862 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr