Deputat: "Azərbaycanda xeyli qalstuklu, mədəni görünən, ziyalılar var ki, qumar oynayırlar"

Deputat: "Azərbaycanda xeyli qalstuklu, mədəni görünən, ziyalılar var ki, qumar oynayırlar""İnsan nəyisə ağlı ilə əldə edə bilməyəndə şansa üstünlük verir. Onlar elə bilirlər ki, həyatda buraxdığı imkanları, ağlını doğru istifadə edə bilməməyin nəticəsi onun şanssızlığı ilə bağlıdır. Amma bu birbaşa ağılsızlıqla bağlıdır. İnsanın şansa ümid etməsi öz ağlına dəyər verməməsindən qaynaqlanır".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa AzTV-nin efirində yayımlanan "Çıxışa Doğru" proqramında qonaq olarkən deyib.

O bildirib ki, Azərbaycanda bu lotereyaya maraq ona görə aktualdır ki, cəmiyyətin iki böyük faciəvi problemi var:

"Onlardan biri narkomaniyadır, biri də qumar. İnsanlarımızın xeyli hissəsi qumarın qurbanına çevrilib. Ona görə bizim cəmiyyətdə bu məsələyə qarşı həssaslıq var. Lotereyalara maraq nisbətən də olsa anlaşılandır. Bir tərəfində bunu təşkil edən dövlət tərəfindən sertifikat almış təşkilatlar həyata keçirir. Sabah hər hansı fəsad olanda dövlətdən tələb edə bilirsən.

İdman, mərc oyunlarında isə çox böyük faciələr yaşanır. Ola bilsin ki, ilkin dövrdə kimlərsə 5 manat, 10 manat qazanır. Amma yüzlərlə insan məhz bu oyunlara görə borca girir. Hətta bunun üstündə ölənlər var, intihar edənlər də var. Düşünürəm ki bu məsələyə cəmiyyətin həssaslığı yüksək səviyyədə olmalıdır. İnsanları bu vərdişdən xilas etmək lazımdır".

Millət vəkili onu da qeyd edib ki, buna maraq sadəcə kasıbçılıqdan irəli gəlmir:

"Azərbaycanda xeyli zəngin insanlar var ki, burada qumar oynamır, gedir xarici ölkələrdə oynayır. Xeyli qalstuklu, mədəni görünən, ziyalı adamlar var ki, dünyagörüşü məhduddur, bu səbəbdən də gedib qumar oynayırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1602   Tarix: 24 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr