Azərbaycanın Ukrayna səfiri son vəziyyət haqda DANIŞDI

Azərbaycanın Ukrayna səfiri son vəziyyət haqda DANIŞDI"Ukraynada vəziyyət çox ağırdır, hər yerdə döyüşlər gedir, o cümlədən Kiyev şəhəri də mərmi atəşinə tutulur". AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

Səfir bildirib ki, azərbaycanlılara mümkün olan köməkliyi göstərməyə çalışırlar:

"Artıq Azərbaycan Xarici İşlər Nazirliyi soydaşlarımızın Ukraynadan çıxarılması üçün üç marşrut müəyyən edib. Onlardan ən təhlükəsizi Moldova marşrutudur. Çünki nisbətən qısadır, 600 km-ə yaxındır, Ruminiya sərhədinə isə 500 km-dir. Oradan isə təyyarə ilə İstanbula, daha sonra Bakıya uçmaq mümkündür. Əlbəttə ki, bu uzun marşrutdur, lakin ən realı budur. Xarici İşlər Nazirliyi bizə Polşa və Slovakiya marşrutunu da tövsiyə edib. Orada problemlər yaranmaqdadır. Hazırda 100-ə yaxın soydaşımız Polşa sərhədində cəmləşib. Ukrayna sərhədçiləri onları nəyəsə görə buraxmır. Baxmayaraq ki, bizim XİN bu barədə Polşa XİN-lə danışıqlar aparıb və sövdələşmə əldə edib. Lakin soydaşlarımızı buraxmırlar. Bunu Azərbaycan XİN-ə də çatdırmışıq. Orada vəziyyət gərgindir".

Elmira Axundovanın sözlərinə görə, artıq Ukraynada sivil vətəndaşlar da həlak olmaqdadır.

"Ukraynada artıq 198 nəfər həlak olub, 1000-dən çox yaralı var, o cümlədən azyaşlılar. Təəssüf ki, Azərbaycan əsilli Ukrayna vətəndaşı olan soydaşlarımız - Nataliya Fərzəliyeva və qızı Səbinə həlak olub, oğlu Zaur isə yaralanıb. Bundan başqa, soydaşlarımızdan biri sığınacaqda oturmaq əvəzinə, əsgərlərin durduğu postun yaxınlığında avtomobil idarə edib və atəşə tutulub, ayağından yaralanıb", - səfir vurğulayıb./azvision


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1852   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı

28 oktyabr
.

İsraildə seçkilərdən sonra siyasi gərginlik: Netanyahu hökuməti qura biləcəkmi?

İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu təmin edib-etməyəcəyi koalisiya danışıqlarının nəticəsindən asılı olacaq. The Jerusalem Post-a istinadən xəbər veri

29 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

Avropa KİV-i Zukerberqə qarşı çıxdı

"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy

28 oktyabr
.

Pentaqonun keçmiş rəhbəri İran və Ukrayna ilə bağlı məxfi məlumatları sızdırdığını etiraf etdi

Pentaqondan işdən çıxarılan ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəisi general-leytenant Brett Silviya bir il ərzində Ukrayna və İran haqqında məxfi məlumatları müxtəlif media qurumlarından iki jurnalistə ötürdüyünü etiraf edib. xəbər veri

30 oktyabr
.

Kim Çen In müharibəyə tam hazırlıq tələb edir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) komandirlərinə davamlı və intensiv hərbi təlimlər vasitəsilə bölmələrinin tam döyüş hazırlığını təmin etməyi əmr edib. xəbər verir ki, agentliyin açıqlamasında deyilir: "Yolda

28 oktyabr
.

Oman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis

30 oktyabr
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28 oktyabr
.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr