DƏHŞƏT : Bakıda məşhur modelyer öz ofisində 5 gündür girov saxlanılır

DƏHŞƏT : Bakıda məşhur modelyer öz ofisində 5 gündür girov saxlanılırMəşhur azərbaycanlı modelyer Leyla Əhmədova öz ofisində ("Modalar evi") məkanı icarəyə götürdüyü binanın sahibi tərəfindən artıq beşinci gündür girov saxlanılır.

Sonxeber.az xəbər verir ki, "Sputnik"ə bu barədə modelyerin özü məlumat verib.

Onun sözlərinə görə, Cəfər Cabbarlı 29 ünvanında yerləşən binanın sahibi Nizami Tofiq oğlu Ağayev inşaat biznesi ilə məşğuldur. İcarədar Leyla Əhmədovanın icarəyə götürdüyü məkanı tərk etməyi və böyük məbləğdə pul ödəməyi tələb edir.

2014-cü ilin fevral ayında modelyerlə Nizami Ağayev arasında məkanın beş il müddətinə iacərəyə verilməsinə dair müqavilə bağlanıb.

"Nizami Ağayev biznes tərəfdaşı Azər Lütfəliyev və digər qohumlarının dəstəyinə arxalanaraq hərəkət edir. Bu, "Nizami" metro stansiyası yaxınlığında yerləşən altımərtəbəli binadır. Qeyd etmək lazımdır ki, icarə haqqında müqavilə Ağayev və 9 saylı notarial kontorun notariusu Rəşadət Zülfüqar oğlu Sadıxov tərəfindən buraxılan müəyyən qanun pozuntuları ilə bağlanıb.

Müqavilə bağlanarkən biz qanun pozuntuları barədə bilmirdik. Məsələn, Ağayevin icarəyə götürdüyümüz binaya dair kupçasının olmadığını bilmirdik. Notarius bunu bilirdi, amma bizə deməyib. Bunu bilsəydik, müqavilə bağlamazdıq", - zərərçəkən deyib.

Müqaviləyə əsasən, modelyer dörd mərtəbəni icarəyə götürüb və hər ay 24 min manat icarə verməli idi. Maliyyə böhranı ilə əlaqədar o, Ağayevdən müaviləyə bir də baxmağı tələb edib. O, iki üst mərtəbədən imtina edib və şifahi razılaşmaya görə, 14 min manat ödəməyə başlayıb.

Leyla Əhmədova Nizami Ağayevin müvafiq dəyişiklikləri sənəddə etdiyinə ümidvar idi. Amma əslində, müqaviləyə əsasən, əvvəlki kimi icarə üçün 24 min manat ödənməli idi.

Leyla Əhmədova icarə haqqını iki gün gecikdirib, Nizami Ağayev binanın ona aid olan hissəsində işığı söndürüb.

"Orda spa-salon, bahalı avadanlıq var. O, xəbərdarlıq etmədən elektrik enerjisini kəsə bilməzdi. Nəticədə avadanlıq yanıb. Nizami Ağayevin mənə 15 min dollar məbləğində ziyan vurmasına dair dəlillərim var. Hələ icarəyə götürülən məkanın bir milyon manata başa gələn təmirini demirəm. Bununla əlaqədar müstəqil audit təşkil edilib.

Bundan başqa, ofisdə Dubaydan gətirdiyim böyük məbləğə başa gələn mallar da var. Ağayevin hərəkətini başqasının əmlakını qanunsuz zəbt etməkdən başqa ad vermək olmaz", - modelyer deyib.

Məkanın boşaldılmasına nail olmaq üçün Ağayev Xətai Rayon Məhkəməsinə müraciət edib. Bina sahibi Leya Əhmədovadan ona 270 min manatlıq icarə haqqı ödəməsinə tələb edir. Hakim Namidad Misirzadə təyin edilən ekspertizanın Əhmədovanın binanın təmirinə yatırdığı məbləği müəyyən etmədiyini nəzərə almayaraq, bu ilin sentyabrında Nizami Ağayevin tələbini təmin edib.

Leyla Əhmədova öz növbəsində məhkəmənin qərarından şikayət edib və hazırda Apellyasiya Məhkəməsi iş üzrə qərar çıxarmalıdır. Amma Ağayev məhkəmə qərarını gözləmədən sentyabrın 27-nə keçən gecə Əhmədovanın ofisinə öz adamlarını yollayıb.

Gələn adamlar binanın mühafizəçisini qovaraq qapını bağlayıblar, həmin vaxt hadisə yerinə gələn Əhmədovanı isə binanın bayırdan qorunacağını və heç nəyin itməyəcəyinə əmin ediblər.

Amma Əhmədova səhəri gün binaya arxa həyətdən daxil olarkən ofisin dağıdıldığını görüb. Onun sözlərinə görə, dekorasiyalar sındırılıb, parçalar, paltarlar və 30 min manat məbləğində pul oğurlanıb. Polisə oğurluq haqqında məlumat verilib. Oğurluq faktı üzrə cinayət işi açılıb, istintaq aparılır.

"Sputnik" öz növbəsində "Modalar evi"nin yerləşdiyi ərazidə 27 saylı Yasamal polis bölməsinə müraciət edib. Polis bölməsindən bildiriblər ki, məhkəmə qərarı olmadan bina sahibi icarəçini ərazidən çıxara və onun əmlakına zərər verə bilməz. Yəni, Nizami Ağayevin hərəkəti faktiki olaraq qanunsuzdur. Bundan başqa, Yasamal Rayon İcra Hakimiyyəti Ağayevə məhkəmə prosesinin davam etdiyi müddət ərzində heç bir tədbir görməməsinə dair dörd dəfə xəbərdarlıq edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3261   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta içki yenə can alır: Mütəxəssislərdən həyati xəbərdarlıq - VİDEO

Saxta içki, xüsusilə Yeni il ərəfəsində insan tələfatına səbəb olmağa davam edir. Metil spirtindən (metanol) zəhərlənmə hallarında hər üç hadisədən biri ölüm və ya daimi əlilliklə nəticələnir. Mütəxəssislər başgicəllənmə, ürəkbulanma və görmə pozğunluğu kimi ən kiçik əlamətlər zamanı belə dərhal xəstəxanay

17 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində protoko

14 dekabr
.

Ov zamanı faciə: Dostunu güllələdi

Afyonkarahisarda ova gedərkən avtomobildə güllələnən və aparıldığı xəstəxanada həyatını itirən şəxsin, məhəllə və bazar gözətçisi olan dostunun təsadüfən açdığı atəş nəticəsində öldüyü müəyyən edilib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, məhəllə muxtarı S.Y.A., məhəll

15 dekabr
.

Dünyaca məşhur ulduz, icazəsiz çəkiliş edən pərəstişkarısına qarşı sərt reaksiya göstərdi - VİDEO

Portuqaliya Milli Komandasının ulduz futbolçusu Joao Cancelo, təyyarə səfəri zamanı icazəsiz şəkildə onu çəkən bir pərəstişkarı ilə mübahisə yaşayıb. Portuqaliyalı futbolçunun təyyarədəki anları qısa müddətdə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, Cancelo onu icazəsi

15 dekabr
.

Bu kəndlərə günlərdir canavarlar hücum edir - Sakinlər təhlükədə

Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. "Qafqazinfo"nun məlumatına görə, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükən

15 dekabr
.

Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məluma

14 dekabr
.

Məktəbli qızların mesajlaşma qrupuna əxlaqa zidd foto göndərən müəllim həbs olundu

Ankarada bir məktəbdə fəaliyyət göstərən bədən tərbiyəsi müəllimi N.Ş. (52), məktəbin qız voleybol komandasının WhatsApp qrupuna əxlaqa zidd foto göndərdiyi iddiası ilə həbs olunub. türk mediasıan istinadən xəbər verir ki, Sincan rayonu ərazisindəki bir məktəbdə çalışan bədən tərbiyəsi müəllimi N.Ş.-nin

16 dekabr