Daha bir ölkə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb
Niderland Ukrayna ilə münaqişə fonunda Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Bu səbəbdən martın 8-nə göyərtəsində 95 ton gül olan təyyarənin Yekaterinburqa uçuşunu ləğv edib.
Sonxeber.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Znak.com" yazır.
Nəşrin məlumatına görə, Niderlandda gül birjası mövcuddur, oradan məhsul əvvəlcə Yekaterinburqa, sonra isə Uralın bölgələrinə daşınır. Bu il güllərin avtomobil yolu ilə çatdırılması gözlənilir.
Xatırladaq ki, Yekaterinburq 2015-ci ildən Niderlanddan böyük çiçək partiyaları idxal edir. Məhsulların çəkisi və dəyəri hər il azalır. Belə ki, 2018-ci ildə şəhərə 5,4 mln. dollar dəyərində 681 ton gül, 2021-ci ildə isə 3,8 mln. dollar dəyərində 516 ton gül gətirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2082 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr