"Azərbaycan ordusu bir tarix yazdı" - Döyüş iştirakçısının təəssüratları

"Azərbaycan ordusu bir tarix yazdı" - Döyüş iştirakçısının təəssüratlarıAzərbaycan tarixinin şanlı qələbələrindən biri olan Aprel döyüşlərindən 6 il ötür. 2016-ci ilin aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənsitan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata şanlı Azərbyacan ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib və Ermənistanın işğal altındakı ərazilərdə qurduğu "keçilməz sədd" kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya "məğlubedilməz erməni ordusu" mifini də yerlə yeksan etdi.

Bu münasibətlə Sonxeber.az Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan baş leytenant Əhliyət Mehdiyevdən açıqlama alıb.

O bildirib ki, 1 aprel 2016-cı il tarixində düşmən təxribatı pik həddə olub, düşmən dinc əhaliyə qarşı iriçaplı silahlardan istifadə edib və nəticədə dinc sakinlər arasında yaralanan və həyatını itirənlər olub:

"Düşmən təxribatının nəticəsində, Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə ordumuz əks hücum əməliyyatını həyata keçirdi. Füzuli, Cəbrayıl istiqamətində Lələtəpə yüksəkliyinin, eyni zamanda Talış istiqamətində Talış yüksəklilklərinin, Ağdərə, Goranboy və Tərtər istiqamətində yüksəkliklərin işğaldan azad olunması böyük bir uğur oldu. 22 ildən sonra Aprel döyüşləri böyük uğurun başlanğıcı oldu. Xalqımız qələbə sevincini yaşadı, ordumuza olan inam artdı.

Aprel döyüşlərində qısa müddət ərzində düşmənin mövqelərinə ciddi ziyan vuruldu.Tərtər-Goranboy istiqamətində düşmənin 21 postunu darmadağın etdik. Bölmələrimiz sürətli şəkildə düşmənə ağır zərbələr vurdu. Qısa müddətdə düşmənin səngərlərinə girdik və şahidi olduq ki, düşmən müdafiəni gücləndirsə belə, öz yaralı əsgərlərini qoyub qaçır.

Həmin vaxtda xalqımız da öz birliyini nümayiş etdirirdi. On minlərlə gənc könüllü döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Bu, Dövlət-Ordu-Xalq vəhdətini ən yüksək səviyyədə Aprel döyüşlərində bütün dünyaya nümayiş etdirdi. Bir sözlə, Azərbaycan ordusu bir tarix yazdı.

Təbii ki, biz bu qələbəni qəhrəman şəhid qardaşlarımıza, bizə hər zaman "İrəli" yox, "Ardımca" deməyi bacaran Vüqar Yusubov, Rasim Məmmədov, Yaqub Orucov, Samid Mirzəyev, Elnur Əliyeva və digər komandirlərimizin böyük əməyi olub. Aprel döyüşlərindən sonra bizlər müsahibə verəndə hər zaman bildirirdik ki, Ali Baş Komandanın döyüş əmri ilə biz bütün Qarabağı qısa zamanda işğaldan azad edə bilərik. Zaman keçdi və bu arzumuz özünü doğrultdu. Erməni tərəfi hər zaman təxribatlara əl atırdı.

44 günlük Vətən müharibəsi tam olaraq bizim qələbəmizlə başa çatdı.İlk öncə Murov yüksəkliyi, daha sonra Suqovuşan, Talış kəndi, Cəbrayılın bir neçə kəndi və dəniz səviyyəsindən 1400 m yuxarıda olan Şuşanın alınması erməni ordusunun onurğasını sındırdı və erməni tərəfi məcbur qalıb hərbi kapitulyasiya imzaladı.

44 günlük Vətən müharibəsi Azərbaycanın həm də siyasi qələbəsi idi. Nəticədə Kəlbəcər, Ağdam və Laçın kimi strateji baxımdan önəmli olan rayonlarımız döyüşsüz işğaldan azad oldu.

Biz bu qələbəni Ali Baş Komandana, qəhrəman şəhid qardaşlarımıza, qazi qardaşlarımıza borcluyuq. Onlar öz canları bahasına cənnət məkanı olan Qarabağı işğaldan azad edərək, bizlərə bağışladılar, özləri isə əsl cənnəti qazandılar.

Bir neçə gün öncə Fərrux yüksəkliyinin işğaldan azad olunması qarşıda növbəti böyük hərbi uğurların olacağına bir işarədir".

Aysel Quliyeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1084   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021