Ramazan ayında qurban kəsmək olar? - AÇIQLAMA
Ramazan ayında müzakirəli məsələlərdən biri də, bu ayda kəsilən qurbanla bağlıdır. Bir çoxları orucluq zamanı qurban kəsməyin doğru olmadığını desə də, digərləri bunun tam əskini bildirirlər. Ramazan ayında qurban kəsmək olarmı?
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
O bildirb ki, Ramazan ayında da, başqa aylarda da qurban kəsilə bilər və bununla bağlı heç bir məhdudiyyət yoxdur:
"Ümumiyyətlə qeyd etmək lazımdır ki, İslamda qurban iki növə bölünür: sırf Qurban bayramında, Ərəfə dövründə kəsilən qurbanlar və hər hansı bir niyyətin həyata keçməsi, arzuların gerçəkləşməsi üçün niyyət edilib kəsilən qurbanlar.
Ramazan ayında qurban kəsməyin qadağan olması ilə bağlı fikirlər əsassızdır. Əgər bir insan hansısa məsələ ilə bağlı niyyət edibsə və niyyəti həyata keçibsə, qurbanı gecikdirmədən mütləq kəsməlidir.
Hətta hesab edirəm ki, Mübarək Ramazan ayında kəsilməsi savab ola bilər: qurban kəsilərək imkansız ailələrə paylansa, onlar da Ramazan ayında qurban əti ilə iftar edərlər.
Bir məsələni də qeyd etmək lazımdır ki, nəzir qurbanı bütövlükdə tam paylanılmalıdır. Yəni onu kəsən insan, İslam dininə görə, özü istifadə etməməlidir. O kəsilən qurban tam olaraq imkansız insanlara paylanılmalıdır.
Qurban bayramında kəsilən qurban isə, 3 hissəyə bölünə bilər. Qurbanı kəsən özünə götürə, qohumlara və qonşulara paylaya bilər. Dinimizin yanaşması bundan ibarətdir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3240 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021