Aİ-92 markalı benzinlə bağlı AÇIQLAMA
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) dayandırılması ilə bağlı xaricdən avtomobil yanacağı idxal edir.
"Report" SOCAR-a istinadən xəbər verir ki, aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, "Azərkimya" İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb.
Bütövlükdə NEZ-in 50 gün fəaliyyətsiz qalacağı bildirilir. Bununla bağlı daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün SOCAR hələ fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın alır.
"Bütövlükdə idxal olunacaq 150 min ton "Aİ-92" var. Bunun əsas hissəsi artıq gətirilib. Benzin Rusiya, Rumıniya, Türkmənistan şirkətləri ilə müqavilələrə əsasən gətirilib. Əksər hissəsi də Rusiyadan alınıb", - hökumətdəki mənbə bildirib.
Onun sözlərinə görə, həmin müqavilələr hələ Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar işə düşmədən bazar qiymətlərinə əsasən, xarici valyutada ödəniş şərti ilə imzalanıb.
Xatırladaq ki, 1 fevral-1 iyun müddətində "Aİ-92" və "Aİ-95" markalı benzinin idxal rüsumları ləğv olunub, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılıb.
Heydər Əliyev adına NEZ orta hesabla 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ild 1,26 milyon ton), liqroin (400,7 min ton, dizel yanacağı (2,4 milyon ton), soba mazutu (105 min ton), sürtgü yağları (49,1 min ton), neft koksu (255,3 min ton), neft bitumu (362,2 min ton), təyyarə yanacağı (490,1 min ton) istehsal edir. Müəssisədə istehsal olunan "Aİ-92" markalı benzinin demək olar ki, hamısı daxili bazara yönəlir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muzdla çalışanların SAYI artıb - STATİSTİKA
Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə
13 iyun 2021Azərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa
31 iyul 2021