Şuşada parlament binası tikiləcək? - AÇIQLAMA

Şuşada parlament binası tikiləcək? - AÇIQLAMAAprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov "Sonxeber.az"a açıqlama verib.

O bildirib ki, bu iclas Azərbaycan Parlamenti tarixində bir ilkdir:

"Burada iki məsələ qoyulmuşdu və bunların final iclasa təqdim olunması üçün bütün deputatlar səs verdi. Əsas məsələ iclasın rəmzi məna daşımasıdır. Çünki Şuşa bizim baş tacımızdır və bu şəhərdə Azərbaycan Parlamentinin iclasının keçirilməsi tarixi bir hadisəyə döndü. Biz bu şərəfli missiyanı keçirən insanlardan biri olduğumuz üçün özümüzü xoşbəxt sayırıq.

Azərbaycan Parlamenti şərəfli yollar keçib. Zamanın bütün çətin vaxtlarında, Ümummilli liderimiz Parlamentin sədri olduğu müddətdə onun ustalıqla keçirdiyi daxili və xarici siyasət ölkəmizin möhkəmlənməsinin bünövrəsini qoydu. Cənab Prezidentimiz yeni mərhələdə bu siyasəti uğurla, keyfiyyətlə, qətiyyətlə, şərəflə davam etdirir. Bu gün Parlament də həmin şərəfli yolla gedir.

Biz, parlament üzvü olaraq, hesab edirik ki, səfərbərlik elan olunması, qələbəmiz üçün siyasi məsələlərdə bütün deputatların aktiv iştirak eləməsi, ölkənin talehüstü məsələlərində deputatların fəallığı, bir çox vacib məsələlərin qanunla qəbul edilməsində parlamentin rolu böyükdür.
Bu gün də Azərbaycan Parlamentinin Milli Məclisinin iki komitəsinin Şuşa şəhərində iclas keçirməsi artıq bu tarixə yazılmış oldu.

Həmin iclasda iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Təkliflərimdən biri o oldu ki, yenidənqurma işlərindən sonra bu şəhərdə gözəl saray tikilsin və parlament iclasları orada keçirilsin.

Düşünürəm ki, gələcəkdə parlament iclaslarının Şuşada keçirilməsi tarixi bir hadisə olacaq və biz, xalq olaraq, həmin günləri yaşayacağıq. Ali Baş Komandanın "Dəmir Yumruğ"u sayəsində Azərbaycan Parlamenti tarixində böyük bir hadisə olacaq və həmin günlər çox uzaqda deyil. Azərbaycan xalqı da bu hadisədən qürur duyacaq".

Aysel Quliyeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1413   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi

7 noyabr
.

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

5 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Zəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca

6 noyabr
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

7 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

8 Noyabr - Şuşanın azad edildiyi gündür

8 noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad edib. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynayıb və Azərbaycanın tarixi Zəfərin

6 noyabr