Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?

Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb.

Sonxeber.az xəbər veirr ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub. Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait yaradıb".

G.Məmmədova qeyd edib ki, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq.

"Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 894   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağı

7 aprel
.

13 nömrəli avtobus sürücüləri arasında nə baş verir? "Sərnişinləri qoyub getdi" - ŞİKAYƏT

Bu gün səhər saatlarında paytaxtda ictimai nəqliyyatla bağlı növbəti narazılıq qeydə alınıb. Bu barədə -a məlumat daxil olub . Sərnişinlərin sözlərinə görə, 13 nömrəli avtobus Koroğlu metro stansiyası yaxınlığındakı dayanacağa uzun fasilədən sonra çatıb. Dayanacaqda 50-dən çox sərnişin gözlədiyi halda

8 aprel
.

"Təmtəraq insanın dəyərini müəyyən etmir" - AÇIQLAMA

"Yasların və toyların təmtəraqlı keçirilməsi zaman-zaman gündəmdə olub. Bu məsələ ilə bağlı iki fərqli baxış mövcuddur". Bunu -a Sosioloq Mail Yaqub danışıb. O, açıqlamasında qeyd edib ki, cəmiyyətdə müəyyən balans yaradılmalıdır:. "Birinci yanaşmaya görə, azad bazar şəraitində insanla

7 aprel
.

Xəzərdə yenidən zəlzələ oldu

Xəzər dənizində yenidən zəlzələ baş verib. xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb. Yeraltı təkan 51 km dərinlikdə olub

8 aprel
.

Zaur Əliyev nazir müavini təyin olundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırlada

7 aprel
.

Bəzi ərazilərə LEYSAN, QAR yağacaq

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa

8 aprel
.

İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma oldu

Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Bu barədə Qaynarinfo-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmay

9 aprel
.

"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - Şikayət

Uzun illərdir tikinti şirkətləri ilə vətəndaşlar arasında bağlanan müqavilələrin icra olunmaması ilə bağlı narazılıqlar davam edir. İnsanlar halal evlərini ala bilmir və məhkəmə çəkişmələrində qalırlar. Ən acınacaqlı hal budur ki, məhkəmələr vətəndaşların xeyrinə qərar versələr belə, onların icrası mümkü

7 aprel
.

Xəzər dənizində zəlzələ oldu - Bu rayonlar sirkələndi

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, və Neftçala rayonlarında 4-3 ba

8 aprel