DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Sonxeber.az-ın məlumatına görə, müraciət dumanlı hava şəraiti ilə bağlıdır:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".
Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 975 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artistindən iddia: "Səfər zamanı qonorarlarımızı vermədilər"
Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb. Axşam.az-ın məlumatına görə, opera ifaçısı teatr kollektivinin Omana səfəri zamanı yaşananlarla bağlı qalmaqallı paylaşım edib. O bildirib ki, səfər zamanı aktyorlara qonora
7 aprelBirinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd edilib ki
7 aprelSədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO
Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni
8 aprel124 yaşlı bina hər an uça bilər (VİDEO)
Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd
8 aprelZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprelSumqayıtda Göz Mərkəzinin açılışı olub
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tib
7 aprelAğdaban faciəsindən 34 il ötür
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğal
8 aprel