İki gündə iki dəfə baş nazir seçilən metallurq – UNUDULAN MƏMURLAR

İki gündə iki dəfə baş nazir seçilən metallurq – UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq baş nazir Rəhim Hüseynovdan bəhs edəcəyik.

Rəhim Əlihüseyn oğlu Hüseynov 1936-cı il aprelin 5-də Bakıda anadan olub. O, 1953-cü ildə orta məktəbi bitirib. Rəhim Hüseynov Moskva Polad İnstitutunun metallurq-mühəndis ixtisasına yiyələnib.

Hüseynov əvvəlcə Boru-Prokat zavodunda usta köməkçisi, usta, baş texnoloq, rəis vəzifələrində çalışıb.

Bundan başqa R.Hüseynov 1962-1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində işləyib.

Sabiq baş nazir Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində də çalışıb.

1989-1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olub.

Qeyd edək ki, 1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılıb və bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunub. A.Mütəllibov prezidentliyə qaytarılmış və təklif edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Həmin vaxt tanınmış iqtisadçısı kimi R.Hüseynovun namizədliyi verilib və 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi baş nazir vəzifəsində çalışıb. AXC hakimiyyəti dövründə isə o, könüllü olaraq baş nazir vəzifəsindən gedib.

Sabiq baş nazir yarandığı gündən Azərbaycan Alimlər və Mühəndislər Birliyinə sədrlik edir. 1994-cü ildə isə Beynəlxalq "Xəzər" fondu təşkil olunub. Təsis konfransında R.Hüseynov yekdilliklə fondun prezidenti seçilib və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir.

R.Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan Kommunist Partiyası qurultaylarının, Mərkəzi Komitə plenumlarının nümayəndəsi olub. O, "Qırmızı Əmək Bayrağı", "Xalqlar dostluğu", "Şərəf" nişanı ordenləri və bir sıra medallarla təltif olunub.

Sabiq nazir müsahibələrinin birində deyib ki, 2 gün içərisində iki dəfə baş nazir seçilb:

"O zaman Dövlət Plan Komitəsinin sədri idim. Eyni zamanda Ali Sovetin deputatı idim. Hamıya məlum olduğu kimi, Ayaz Mütəllibovu Xocalı faciəsindən sonra vəzifəsindən azad etdilər. Sonra mayın 15-dəki iclasda qərar verildi ki, onun Xocalı faciəsinin baş verməsində günahı olmayıb, ona görə də təklif olundu ki, qayıtsın vəzifəsinə. Elə həmin iclasda da təklif olundu ki, baş nazir də seçilsin. Artıq Həsən Həsənov getmişdi. Mütəllibov da elə tribunadan dedi ki, "mən Rəhim Hüseynovu baş nazir təyin edirəm". Dedi, tanınmış iqtisadçıdır, bir də dedi ki, "bu iki ayda məni bircə o axtarıb. Amma bu söhbət bir az başqa cür olmuşdu. Bu, əlbəttə, tələsik bir qərar idi. O sessiyada Araz Əlizadə çıxış elədi. Dedi ki, "Rəhim Hüseynoviçi bir həftə sonra da təsdiq etmək olar". Amma Ayaz Mütəllibov israr etdi. Həmin sessiyadan çıxıb Dövlət Plan Komitəsinə öz iş yerimə getdim. Sonra da vəziyyət yenə qarışdı. Mütəllibov Moskvaya getdi.

Həmin gündən sonra gecə saat 3-ün yarısında bir də gördüm Yaqub Məmmədov dövlət telefonu ilə zəng vurdu ki, bəs, sizi yenidən təsdiq elədilər baş nazir kimi. Beləliklə, mən, iki gündə iki dəfə baş nazir təyin olundum"./lent.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2259   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr