Bakıda ölü yuma və cənazə daşıma şirkəti: Qiymətlər neçəyədir?
Bakıda yuyat şirkəti fəaliyyət göstərir.
Qaynarinfo xəbər verir ki, şirkətin qısa nömrəsi də var: *3740.
Nömrədəki rəqəmlər 3, 7 və 40 mərasimlərini ifadə edir. Məlumatı dəqiqləşdirmək üçün həmin nömrə ilə əlaqə saxladıq.
- Salam, yuyat şirkətidir?
- Bəli.
- Sizdə cənazənin yuyulması neçəyədir?
- Bizdə təkcə cənazənin yuyulması deyil, bütün dəfn xidmətləri var.
- Qiymətləri deyə bilərsinizmi?
- Hardan hara gediləcək?
- Cənazə Yasamal rayonundadır.
- Elə orada dəfn olunacaq?
- Bəli.
- Maşına 80 manat verərsiniz.
- Cənazənin yuyulmasının da qiymətini deyin zəhmət olmasa.
- 60 manat da yuyat puludur.
- Bəs çadır neçəyədir?
- Çadır baxır necə götürəcəksiniz, yəni, menyu ilə, yoxsa menyusuz.
- Menyu ilə olan çadır da var?
- Bəli.
- Maşının qiyməti sabitdir, yoxsa əraziyə görə dəyişir?
- Maşın qiyməti məsələn yuduzdurub Yasamal qəbirstanlığı və ya "Volçivarot" olsa 80 manat, amma bu tərəflər, məsələn, Mərdəkan olsa 120 manat, Hövsanda, Xırdalanda 100 manat.
- Bu xidmətlər hansısa məsciddə göstərilir?
- Xeyr. Bu şəxsi şirkətdir. Birbaşa bu nömrəyə zəng edilir və biz sürücünü yönəldirik. Hər hansı məscidə aidiyyəti yoxdur. Amma yuyat xidməti məscidlərdə həyata keçirilir. Yəni, istəsəniz "Təzə Pir"ə apararıq. Əslində bayaq sizə "Təzə Pir"in qiymətlərini deyirdim. Bəzi məscidlər 70-75 manata yuyur. Bu dəqiqə Bakıda ən bərkgedən məscid, bərkgedən deyəndə ki, cənazənin təmiz yuyulması baxımından "Təzə Pir, Göy məscid və Heydər məscidinin adını çəkmək olar. Yəni, bu məscidlərə aparmaq olar. Amma bu o demək deyil ki, şirkətimizin həmin məscidlərə aidiyyəti var. Xeyr, dediyim kimi, şəxsi şirkətdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2203 Tarix: 13 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabr