Vətən müharibəsindən sonra üzə çıxan erməni vəhşiliyi: Qandonduran BEYNƏLXALQ HESABAT

Vətən müharibəsindən sonra üzə çıxan erməni vəhşiliyi: Qandonduran BEYNƏLXALQ HESABATMay ayında açıqlanan "Közlər alovlananda – 2020-ci il Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquq və insan haqlarının pozulması" birgə hesabatına əsasən, erməni hərbçilərinin əsir götürülmüş iki yaralı azərbaycanlı döyüşçünü qanunsuz olaraq edam etdiklərinə dair ilkin faktlar var.

Bu barədə Beynəlxalq İnsan Haqları Təşkilatı olan IPHR/Truth Hounds QHT-nin 2021-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistana aid olan hissəsində bəyan edilib.

Bildirilir ki, sübut iki videodan ibarət olub. IPHR/Truth Hounds hesabatda videoların həqiqiliyini təsdiq edə bilmədiklərini qeyd edib, bununla belə, bu qətllərin, əlavə araşdırmalarla təsdiqlənərsə, beynəlxalq humanitar hüquq normalarının, həmçinin Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulduğunun göstəricisi olacağını vurğulayıb.

"Yaralı əsgərlərin öldürülməsi Avropa İnsan Hüquqları Konvensiyası üzrə yaşamaq hüququnun, eləcə də Ermənistan Konstitusiyası və Cinayət Məcəlləsinin kobud şəkildə pozulmasıdır", - deyə hesabatda bildirilir.

Məlumatda deyilir ki, aprelin 24-də AR Baş Prokurorluğu Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel qəsəbəsində 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülən azərbaycanlıların məzarlarının axtarışına başlayıb.

"Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 mülki azərbaycanlının meyitlərinin qalıqları aşkar edilib. İyun ayında daha üç meyit, avqustun 30-da isə içində çoxsaylı qalıqlar olan daha bir məzar tapılıb. 2020-ci ilin noyabrında atəşkəs əldə edildikdən sonra Ermənistanın əvvəllər nəzarət etdiyi Azərbaycan ərazilərində mina partlayışları zamanı yeddi azərbaycanlı hərbçi və 29 mülki şəxs həlak olub; Azərbaycan Baş Prokurorluğunun dekabrın 9-da verdiyi məlumata görə, daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb", - deyə sənəddə bildirilir.

IPHR/Truth Hounds keçmiş azərbaycanlı əsirlərlə müsahibələrə və əsirlərdən birinə qarşı zorakılığı əks etdirən videoya əsaslanaraq bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin əsirliyində olan ən azı yeddi azərbaycanlı hərbçi işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarlara məruz qalıb.

Hesabatda həmçinin qeyd olunub ki, əlavə üç pis rəftar hadisəsi videoya çəkilib. Videoda əks olunan hallardan birində işgəncənin qurbanın ölümü ilə nəticələnə biləcəyi vurğulanıb.

Məlumatda qeyd olunur ki, Ermənistan qüvvələri tərəfindən sistemli döyülmələr, qeyri-insani saxlanma şəraiti, tibbi yardımdan və digər zəruri ehtiyaclarla təminatdan imtina, şahidlər tərəfindən təsvir edilən, yaxud videoya çəkilən qəddarlıq və alçaldılma "işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya"nın pozulmasına bərabərdir... Hesabatda həmçinin qeyd olunub ki, iddia edilən davranış Ermənistanın da Cinayət Məcəlləsinin pozulmasıdır.

Eyni hesabata görə, sosial şəbəkələrdə yayılan səkkiz videoda Ermənistan Silahlı Qüvvələrinin üzvləri tərəfindən öldürülən Azərbaycan əsgərlərinə qarşı pis rəftar və yağmalanma əks olunub. Videolar müstəqil şəkildə yoxlanılmayıb, onların nümayiş etdirdikləri davranış isə əlavə araşdırma tələb edir. Buna baxmayaraq, hesabatda videolar Ermənistan qüvvələrinin çoxsaylı cinayətlərinin ilkin sübutu kimi təsvir edilib.

"Ölənlərin yağmalanması ilə bağlı bütün etibarlı iddialar əlavə araşdırma tələb edir. Deyilənlər tətbiq olunan standartlara uyğun olaraq sübut olunarsa, bu davranış beynəlxalq humanitar hüququn normalarının, həmçinin Ermənistanın Cinayət Məcəlləsinin pozulması deməkdir", - deyə hesabatda bildirilir.

Hökumətin məlumatına görə, hakimiyyət 2020-ci ilin dekabrında elə həmin ilin payızında gedən döyüşlər zamanı erməni hərbçilərinin davranışlarını araşdıraraq "silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozulması" ittihamı ilə altı cinayət işi açıb. Altı işdən dördü qətl, işgəncə və qeyri-insani rəftarla, biri qətl və işgəncə ilə, biri isə ehtimal olunan qətllə bağlı olub. Hökumət iyunun 22-də bütün altı işi bir cinayət prosesində birləşdirib.

Beynəlxalq fotojurnalistlər minlərlə fotoşəkillə Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanlığının dağıdılmasını sənədləşdiriblər. Qəbirlər təhqir edilib və bəzi hallarda qəbir qarətinə dair sübutlar - məsələn, ayrı-ayrı qəbirlərdə qazılmış çuxurlar tapılıb; digər ərazilərdə ağır texnika ilə dağıdılma və ekshumasiya sübutları görünüb. Ağdamda Şəhidlər xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə meyitlərin dəfn olunduğu çuxurların fotolarını çəkiblər; qəbiristanlıqda bir sınıq başdaşı qalıb. Bir çox qəbirlərdə başdaşıları çəkic və ya oxşar alətlərlə məhv edilib. Bundan əlavə, azərbaycanlıların qəbirlərindən meyitlər çıxarılaraq, qızıl dişləri sökülüb. Kəllə və sümüklər qəbiristanlığa səpələnib. Beynəlxalq fotomüxbirin sözlərinə görə, erməni məzarları, demək olar ki, toxunulmaz qalıb./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1232   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığ

7 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr
.

"Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"

"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira

6 noyabr
.

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərai

7 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

6 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu

5 noyabr