Efir olub "bazar", "min bir xırdavat", kimdə nə yoxdur, çıxıb ondan danışır...
Sizə nədən deyim, nədən danışım? Gözəl televerilişlərimizdən...
Bizim efirləri, demək olar ki, izləmirəm. Lakin sağ olsun evimizin ağbirçəkləri, bəzən onlara görə məcbur qalıb izləməli oluram.
Təəssüf ki, efir olub "bazar". Kimdə nə yoxdur, çıxıb ondan danışır. Ay qurban olum, hamı olub namuslu, pis ərdən qaçan, şiddət görən qadın olub namussuz. Məsələ nədədir?
Deməli, bu yaxınlarda sosial şəbəkədə qarşıma bir video çıxdı. Həmin videoda narkoman ərdən qaçıb efirə gələn qadın müzakirə obyektinə çevrilmişdi. Hər kəs təkidlə onu barışmağa vadar edirdi. Axı niyə də, niyə?! "Barış" deyənlər, görəsən, öz qızlarına narkoman ərlə yaşamağı rəva bilərmi? Əlbəttə, yox! Sabah o xanımın başına iş gələndə də, efirə gəlib deyəcəklər ki, günah elə adama qız verən valideyndədir! Hələ "ər" gül alıb gəlir və arsız-arsız deyir: "Döymüşəm, qələt eləmişəm. Bağışla!"
Digər tərəfdən, aktrisa efirdə başqa bir qadını açıq şəkildə, kobud sözlərlə təhqir edir. Bildiyim qədərilə, efirə səs bir neçə saniyə gec verilir. O an araya reklam da vermək olar. Amma etmirlər. Niyə?..
Həkim məsələyə qarışır, vəkil təhqir edir, hətta psixoloq da səs yüksəldir. Elə psixoloqa hansı "ağıllı" müraciət edər?!
Hələ yeni dəb olub: ""Sən" yox, "siz" deməlisən!". Xeyir ola?! O sözü deyənin özü məgər qarşısındakına "siz" deyə müraciət edir?!
Bir sözlə, verilişlərin istiqaməti sosial olsa da, əslində "min bir xırdavat"dır, pozğunluq təbliğ edilir.
Biri çıxıb deyir ki, arvadı kişilərlə danışır, digəri arvadının evdən qaçdığından şikayətlənir. Aparıcılar isə bütün təfərrüatları elə efirdə, izləyicilərlə birgə öyrənirlər.
İştirakçılar "ağızlarına gələni" danışırlar. Artıq insanlarda abır-həya deyilən bir şey qalmayıb. Kişi də uşaqlarının anası olan qadını efirdə müzakirə edər?! Qaçıb? Boşa, getsin! Efirə çıxıb özünü biabır etmə!
Evdən qaçanın niyə qaçdığını araşdırın! Yoxsa aktrisanı, müğənnini kimisə yıxıb-sürümək, təhqir etmək üçün gətirmək nədir?! Reytinq xatirinə kiminsə şəxsiyyətini alçatmaqdansa, ərindən qaçanı və ya bacısını, qızını, gəlinini döyəni efirə çıxarmaqdansa, gedin, xəstə uşaqlara yardımınızı davam etdirin.
Ümid edirəm, MTRŞ bununla bağlı bir tədbir görər və bu kimi biabırçı halları efirdən ləğv edər!
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2530 Tarix: 15 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrNoyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd
8 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr