BMT-dən həyəcan təbili: Bu, qlobal ərzaq fəlakətinə səbəb olacaq

BMT-dən həyəcan təbili: Bu, qlobal ərzaq fəlakətinə səbəb olacaqQara dənizdəki Ukrayna limanlarının bağlanması dünyada aclığa, kütləvi miqrasiyaya və siyasi qeyri-sabitliyə, qlobal ərzaq fəlakətinə səbəb ola bilər.
Sonxeber.az "The New York Times"a istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın şərqində və cənubunda hərbi hücuma hazırlaşması fonunda BMT bununla bağlı

Ukraynanın anbarları bir ildə dünyada 400 milyon insanın qidalanmasına yetəcək qədər taxılla doludur. Lakin təchizat zənciri Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində pozulub və limanlar normal fəaliyyət göstərə bilmir.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının İcraçı direktoru Devid Bisli danışıb. O, Ukraynada 4 günlük səfərdə olub, Rusiyanın işğalı altında olan şəhərlərdə və digər ərazilərdə olan təxminən 1 milyon ukraynalıya ərzaq çatdırmağın yollarını və qlobal ərzaq bazarları üçün daha geniş təhlükəni araşdırıb.

BMT: "Bloku açmasaq, bütün dünya bunun əvəzini çox ağır ödəyəcək"

Bislinin sözlərinə görə, Kreml, BMT-nin Rusiyanın gözlənilən hücumu ilə təhdid edilən Qara dəniz sahilindəki Odessa, Çernomorsk, Yujnı və Nikolayev limanları vasitəsilə ərzaq tədarükünün təhlükəsizliyilə bağlı narahatlıqlara cavab verməyib.

"Biz heç bir irəliləyiş əldə etməmişik. Beynəlxalq ictimaiyyət prosesə daxil olmalı və limanları humanitar məqsədlər üçün qorumaq və bütün dünyaya açmaq üçün çox ciddi qərarlar qəbul etməlidir. Çünki bloku açmasaq, bütün dünya bunun əvəzini çox ağır ödəyəcək".

Bisli əlavə edib ki, müharibələr, quraqlıqlar və COVID-19 pandemiyasınşın yaratdığı itkilər səbəbindən 38 ölkədə təxminən 45 milyon insan aclıq astanasındadır. Rusiyanın Ukraynaya hücumu nəticəsində ərzaq qiymətlərinin artması, həmçinin yanacaq və daşıma xərclərinin ac insanların sayını artırması və BMT-nin onlara yardım etmək imkanlarını məhdudlaşdırması ehtimalı var.

İcraçı direktor bildirib ki, BMT-nin ərzaq proqramının əməliyyat xərcləri ayda 71 milyon dollar artıb: "Bu o deməkdir ki, biz yalnız artan xərclər səbəbindən ildə 4-5 milyon daha az insanı qidalandıracağıq".

Devid Bisli

O, varlı ölkələri və milyarderləri işə qoşulmağa, təxminən 8 milyard dollarlıq maliyyə çatışmazlığını aradan qaldırmağa kömək etməyə çağırıb.

Devid Bisli: "Sizi aclıq və ölüm gözləyir. Bir neçə ölkədə sabitlik pozulacaq və kütləvi miqrasiya olacaq"

Daha narahatedici təhlükə qlobal ərzaq bazarlarına uzunmüddətli çağırışdır. Bisli bildirib ki, müharibə dayandırılsa, ukraynalı fermerlərin hələ də dünyakı ac insanları doyurmağa kömək edəcək məhsul yığmaq imkanı var. Lakin Ukraynanın cənub limanları və Qara dənizdəki gəmi yolları Rusiya ordusu tərəfindən blokada da qalsa, bu baş verməyəcək.

Bisli G7 liderlərini və digər hökumətləri Ukraynadakı mümkün ərzaq itkisini qismən kompensasiya etmək üçün istifadə olunmamış kənd təsərrüfatı torpaqlarını əkməyə çağırıb.

Eyni zamanda o, qlobal ərzaq bazarında qıtlığın yaranmasının və ərzaq qiymətlərinin daha da kəskin artmasının yoxsul ölkələr üçün fəlakət olacağı barədə xəbərdarlıq edib:

"Sizi aclıq və ölüm gözləyir. Bir neçə ölkədə sabitlik pozulacaq və kütləvi miqrasiya olacaq".

QEYD: Bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Ukraynada müharibə bəşəriyyətin əhəmiyyətli bir hissəsini aclıq və yoxsulluğa məhkum edə bilər. Onun fikrinc, qlobal aclıq və fəlakət Yer kürəsinin 20 faizini əhatə edəcək.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2238   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30 oktyabr
.

Qızıl bazarında son vəziyyət

5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını

5 noyabr
.

Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır

Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör

5 noyabr
.

Banklar əmanətə 9,95%, kreditə isə 17,36% faiz tətbiq edir - Fərqin səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bankların kredit və əmanət faizləri arasındakı fərq genişlənib. Fiziki şəxslərin manatla müddətli əmanətlərinə orta hesabla 9,95 faiz gəlir təklif edildiyi halda, onlara verilən kreditlər üzrə orta faiz dərəcəsi 17,36 faiz təşkil edir. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndin

26 oktyabr
.

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbuld

25 oktyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar

29 oktyabr
.

Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun

5 noyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub

27 oktyabr