Rüstəm Orucov: "Deyirlər ki, qocalıb, onlara kimin kim olduğunu göstərəcəyəm"
"Çox adamdan eşidirəm, deyirlər ki, ardıcıl 2-3 yarışda uduzur deyə, qocalıb. Amma onların hamısına kimin kim olduğunu göstərəcəyəm".
Bunu "Report"a açıqlamasında Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
73 kq çəki dərəcəsində çıxış edən idmançı Türkiyənin Antalya şəhərində keçirilmiş Böyük Dəbilqədəki uğursuzluğu barədə danışıb:
"1/8 finalda İsrail təmsilçisi İdo Levinlə görüşdə bir az tələsdim. Ona qalib gəlməyə yaxın idim. Sona bir dəqiqə qalmış rəqibi atmağa çalışdım. Tələsdiyim üçün səhv etdim. Amma bir tərəfdən fikirləşirəm yaxşı ki, bu yarışda məğlub oldum və özümü toparladım".
31 yaşlı tatami ustası hazırda 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına tam gücü ilə hazırlaşdığını bildirib:
"İnanıram ki, orada belə səhvlər etməyəcəyəm. Sofiyaya da medal üçün gedirəm. Hamı qızıl medal qazanmaq istəyir. Amma mən hər bir medala şükür edirəm. Çünki əziyyətimiz yerdə qalmır. Qızıl medal qazansam, çox sevinərəm. Mən də istəyərdim ki, medalın əyarı qızıl olsun".
Orucov yunan-Roma güləşçisi Rafiq Hüseynova həsr olunmuş sənədli film haqqında da fikirlərini bölüşüb:
"Belə sənədli filmlərin olması çox yaxşıdır. Bunları yayımlamaq lazımdır ki, gənclər və onların valideynləri görsünlər, onlara motivasiya olsun. Bu, gənclik üçün yaxşı haldır. Sənədli filmdə idmançının hansı yollardan keçdiyi, medalları necə qazandığı və hazırda necə yaşadığı əks olunub. Həm də ictimaiyyət idmançıları daha yaxşı tanıyacaq".
Təcrübəli idmançı hələlik belə bir layihə barədə fikirləşmədiyini söyləyib:
"Hələlik tezdir, hər şey irəlidədir. Haqqımda film çəkilməsi barədə düşünmürəm".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1644 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo
31 oktyabr"Barselona" Alexandro Baldeni satmağa hazırdır
İspaniyanın "Barselona" klubu müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır. "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir. Klub qış "transfer pəncərəsi"nd
2 noyabrDünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. "Report"un məlumatına görə, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib. R.Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb
29 oktyabrKriştiano Ronaldo millidən AYRILDI
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub
5 noyabr"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabrPatrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki
3 noyabr