Ərdoğan: "İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yaranıb"
"İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yarandı. Bu fürsətin əldən verilməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin rəhbərlərilə iftar mərasimi zamanı bildirib.
O, çıxışında Ukraynada davam edən hərbi əməliyyatlara da toxunub.
"Mən həm Zelenski, həm də Putinlə müntəzəm əlaqə saxlayıram. Hər iki tərəf İstanbulda danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını bəyan edirlər. Hər dəfə onlarla söhbətimdə Türkiyədə görüşmək təklifimi təkrar edirəm... Mən səmimi qəlbdən inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması əsasında sülh yolu tapılacaq", - deyə dövlət başçısı bəyan edib.
Ərdoğanın fikrincə, Ukrayna kontekstində baş verən son hadisələr həm NATO alyansının, həm də Türkiyənin alyansdakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirib.
"Aİ Türkiyənin strateji hədəfi olaraq qalır. Ukraynadakı müharibənin təsirləri Türkiyənin bir çox sahədə Aİ üçün nə qədər strateji mövqedə olduğunu göstərdi. Biz tam üzvlük perspektivimiz əsasında konkret addımların atılmasını istəyirik", - prezident əlavə edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 5123 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə şəhid anası arasında səmimi dialoq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
6 noyabrPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, kitabxan
7 noyabrAzərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi
"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı
5 noyabrKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
6 noyabrMüstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
6 noyabr