Dünyada İQTİSADİ BÖHRAN: Azərbaycanda çörək bahalaşır?

Dünyada İQTİSADİ BÖHRAN: Azərbaycanda çörək bahalaşır?Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur. Baş verənlər fonunda BMT dünyada 1.7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Hazırda dünya yeni aclıq riski ilə qarşılaşmaqdadır

Eyni zamanda, hətta inkişaf etmiş ölkələrdə də ərzaq məhsullarının qiymətlərində artımlar sürətlənib. ABŞ-da illik infilyasiya 8.5 faizədək yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir. Birləşmiş Krallıqda da son 30 ildə ən yüksək infilyasiya qeydə alınıb.

Buğda ixracatlarına qadağalar Azərbaycana necə təsir edəcək? Çörəyin qiymətində artımlar ola bilərmi?

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir.

Deputat deyib ki, ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var:

"Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər, həmçinin, digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur və buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı".

Parlamentarinin sözlərinə görə, Azərbaycan strateji məhsul ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb:

"Bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb.

Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib".

V.Bayramov qeyd edib ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır:

"2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənilir.

Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukrayndakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2151   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Qızılın qiyməti rekorda çatdı

Ölkə bazarında 2026-cı 26 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044.50 AZN, 1 qram təmiz qızılın qiyməti isə 226.49 manat təşkil edib. Pərakəndə satışda 750 əyarlı İtalyan qızılının qramı 170.03 manat, 585 əyyarlı Türk qızıl

26 oktyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05

28 oktyabr
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr
.

Banklar əmanətə 9,95%, kreditə isə 17,36% faiz tətbiq edir - Fərqin səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bankların kredit və əmanət faizləri arasındakı fərq genişlənib. Fiziki şəxslərin manatla müddətli əmanətlərinə orta hesabla 9,95 faiz gəlir təklif edildiyi halda, onlara verilən kreditlər üzrə orta faiz dərəcəsi 17,36 faiz təşkil edir. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndin

26 oktyabr