"Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil" - Deputatdan AÇIQLAMA

"Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil" - Deputatdan AÇIQLAMAErmənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfəri siyasi kuluarlarda fərqli müzakirələrə səbəb olub. Paşinyanın Brüssel görüşündən sonra səsləndirdiyi fikirlər, o cümlədən Gümrüyə etdiyi səfər çərçivəsində verdiyi açıqlamalar müxalif erməni mətbuatında böyük səs-küyə səbəb olub. "Hraparak" və digər müxalif yönümlü saytların yazdığına görə, Paşinyanın Rusiya səfəri Gümrüdəki rus ordusunun - 102 və 62-ci motoatıcı alaylarının - çıxarılması üçün edilib. Belə bir fikir də var ki, Paşinyanın Kremlə səfəri Putinin onu tənbehləməsi nəticəsində baş tutub və Ukrayna müharibəsindən sonra itirdiyi təşəbbüsü ələ alamaq niyəti ilə edilib.

Məsələ ilə bağlı Sonxeber.az-a millət vəkili Bəhruz Məhərrəmov açıqlama verib.

"Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil" - Deputatdan AÇIQLAMAO bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva təmasları həssas bir dönəmə təsadüf edir:

"Hesab edirəm ki, real situasiyanı şərh etmədən bu səfər barədə fikir yürütmək doğru deyil. İlk vacib reallıq ondan ibarətdir ki, Azərbaycan qalib tərəfdir. Artıq İrəvana zamanında havadarlıq edən tərəflər belə, bu reallığı qəbul edir.

Bölgədə marağı olan hər kəs Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bakının fikri ilə hesablaşılır və əlbəttə, bu fonda zaman Azərbaycanın lehinə işləyir.

Ermənistan isə məğlubdur, siyasi və iqtisadi cəhətdən dalandadır. Kifayət qədər radikal və təcavüzkar mahiyyətə malik, təcavüzkar "yeni müharibə və yeni ərazilər" ideologiyası ilə siyasətə gələn Paşinyanın komandası da artıq bu reallığı anlayır. Son günlər Paşinyanın və hakim partiyanı Parlamentdə təmsil edən deputatların praqmatik xarakterli bəyanatları da onu göstərir ki, İrəvan artıq erməni xalqına miskinlikdən başqa bir şey verməyən Qarabağ siyasətini dəyişmək niyyətindədir.

Lakin son iki gündə İrəvanda başlanan aksiyalar, diaspor fəallarından Paşinyanın ünvanına təhdidlər, habelə separatçıların rəhbərlərinin təcavüzkar notları bu prosesin asan reallaşmayacağını göstərir. Moskva səfəri də məhz belə bir gərgin ab-havada baş tutur.

Açığı, Paşinyanın Parlamentin son iclasında tutduğu mövqeyini Moskvada davam etdirə biləcəyinə inanmıram. Lakin, Bakının hərbi-siyasi imkanlarını nəzərə alsaq, proseslərin axarı mənfiyə doğru dəyişsə, yeganə uduzan tərəf Ermənistan və haylar olacaq".

Separatçıların lideri Araik Arutyunyanın Paşinyanla görüşündə verdiyi açıqlamalara isə ekspert belə münasibət bildirib:

"Separatçıların bəyanatına gəldikdə, ümumiyyətlə, Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil. Bizim üçün Araikin fikirləri yalnız o, məhkəmə qaydasında ittiham edilərkən təqsirləndirilən şəxsin hüquqları çərçivəsində önəm daşıya bilər. İndiki halda onun mövqelərdən çəkilib-çəkilməyəcəyinə dair sərsəm bəyanatlarının nə siyasi, nə də hərbi çəkisi yoxdur. Müsbət haldır ki, son dövrlər İrəvandan səslənən bəyanatlar da onu göstərir ki, artıq separatçıların mövqeyi Ermənistan hakimiyyəti üçün də önəmli deyil. İrəvan tezliklə məhv ediləcək quldur dəstənin, hərbi xuntanın maraqları naminə erməni xalqını təhlükəyə atmamalıdır. Çox inandırıcı olmasa da, Paşinyanın Moskva görüşündə bu mövqeyini qoruması Ermənistanın taleyini müsbət mənada dəyişə bilər".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3109   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

6 noyabr
.

İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazı

5 noyabr
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

6 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Azərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi

"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı

5 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

6 noyabr