Dini Konfessiyaların rəhbərləri İlham Əliyevə təşəkkür edib

Dini Konfessiyaların rəhbərləri İlham Əliyevə təşəkkür edibDini Konfessiyaların rəhbərləri İlham Əliyevə təşəkkür ediblər.

"Report" təşəkkür mətnini təqdim edir:

"Möhtərəm cənab Prezident!

Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati-alilərinizi səmimi qəlbdən salamlamaqdan şərəf duyur, səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Azərbaycan xalqı və dövləti naminə dəyərli fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident! Multikultural Azərbaycan dövlətinin dilindən və dinindən asılı olmayaraq bütün dindarları üçün müqəddəs günlərdə — yəhudilərin Pesax, xristianların Pasxa bayramlarını qeyd etdikləri, müsəlmanların Ramazani-Şərifi yaşadıqları və Eydül-Fitr bayramını qarşılamağa hazırlaşdıqları mübarək günlərdə Zati-alilərinizin bizlərə özəl diqqət və himayə nümayiş etdirməsini yüksək dəyərləndiririk. Dini icmalarımızın fəaliyyətini dəstəkləmək məramı ilə maliyyə yardımının göstərilməsi ilə bağlı sərəncamınız Cənabınızın müqəddəs bayramlarımıza dəyərli hədiyyəsidir.

Bayramlarımız bizə xoş fürsət verir ki, Sizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə Zati-alilərinizə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Xalqımız əziz bayramlarını Vətən müharibəsindəki möhtəşəm Zəfərinin doğurduğu qürur və əzəmət ilə qeyd edir. Tarixi ədalətin bərpası — Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk oldu. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq, xalq-ordu birliyinə əsaslanan siyasət Azərbaycanın haqq işinin qələbəsini təmin etdi. Dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən Azan səsləri ucaldı, dini məbədlərimiz əsarətdən qurtuldu.

Möhtərəm cənab Prezident! Azərbaycanı qalib ölkə yüksəkliyinə qaldıran Zati-alilərinizin hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin xidmətləriniz misilsizdir. Milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində böyük işlər görmüş dövlət başçısı kimi tanınan Zati-aliləriniz azad olunmuş torpaqlarımızda əsarətdən qurtardığınız, vandalizm qurbanı olan dini-mənəvi abidələrimizi – məscidləri, kilsə və sinaqoqları xüsusi məhəbbət və qayğı ilə bərpa və yenidən quran Qurucu Prezident kimi Uca Yaradanın Nəzərində və xalqın nəzərlərində daha artıq ucalırsınız. Biz tam əminliyi ilə deyə bilərik ki, bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, yüksək səviyyəli din-dövlət münasibətləri və etnik-dini tolerantlıq Zati-alilərinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, bəhrəsidir. Zati-alilərinizin silahdaşı, siyasi-ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, özəlliklə, dini-mədəni irsin qorunması sahəsində dəyərli layihələri xalq tərəfindən yüksək dəyərləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır. Uca Rəbbimizə xoş gedən bu fəaliyyətlər Azərbaycanın dünyadakı tolerant imicinin, ali mənəvi dəyərlərə sadiqliyinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası əməkdaşlıq prosesində örnək rolunun təsdiqidir. Dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının Lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. Dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə görə dərin minnətdarlıqlarımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik. Birgə dualarımızda Uca Rəbbimizdən diləyirik ki, gələn Ramazanda ənənəvi İftar mərasiminə Zati-alilərinizin təşrif buyurmasını nəsib etsin, inşallah! Dualarımız hər zaman Sizin üçündür!

Möhtərəm cənab Prezident! Bir daha Sizə Azərbaycanın dini icmalarına, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına davamlı diqqət və qayğınıza görə dərin təşəkkürlərimizi bildirir, Sizə və dəyərli ailənizə can sağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövlətçiliyi dünya miqyasında daha böyük uğurlara imza atacaqdır. Uca Rəbbimiz Sizi qorusun, hər zaman yardımçınız olsun, Zəfər hər zaman nəsibiniz olsun! Ulu Yaradan Öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!"

Qeyd edək ki, məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 832   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr