Dünyada ƏRZAQ QITLIĞI olacaq? - Deputatdan QORXUNC PROQNOZ

Dünyada ƏRZAQ QITLIĞI olacaq? - Deputatdan QORXUNC PROQNOZ"Cari ilin 24 fevral tarixində Rusiya-Ukrayna müharibəsinin başlanması dünyanın təkcə geosiyasi arxitekturasını dəyişməyib, eyni zamnada planetimizin geoiqtisadi mənzərəsini də tanınmaz hala salıb. Bu müharibənin birbaşa nəticəsi olaraq, ABŞ başda olmaqla, Qərb Rusiyaya qarşı total sanksiyalar rejmini tətbiq edib. Bu proses davam etməkdədir və Rusiya iqtisadiyyatını tam çökdürməyi hədəfləyib. Medalın isə iki üzü olur. Dünya taxıl ixracında birinciliyi qoruyub saxlayan Rusiyanın iqtisadi kollapsının özüylə qlobal aclıq və səfalət gətirəcəyi də ciddi narahatlıqlar üçün zəmin yaradır".

Sonxeber.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Dünyada ƏRZAQ QITLIĞI olacaq? - Deputatdan QORXUNC PROQNOZO, fikrini faktların və arqumentlərin dili ilə əsalandırıb:

"Son onilliklərdə ərzaq təhlükəsizliyi problemi heç vaxt indiki qədər aktual olmayıb. Təkcə cari ilin mart ayında buğda məhsulunun qiyməti 20% artıb. BMT-nin son hesablamalarına görə, Ukrayna böhranı planetin 1,7 milyard nəfərini aclıq təhlükəsi ilə təhdid edə bilər. Bu, dünya əhalisinin beşdə biri deməkdir.

Məsələn, Misir, Yəmən, Livan və Liviyada, sözün həqiqi mənasında, kütləvi aclıq baş verə bilər. Bu ölkələr özlərinin taxıl məhsullarına olan tələbatının, demək olar ki, 100%-ni müharibə vəziyyətində olan Rusiya və Ukraynanın hesabına ödəyirlər.

Nəzərə alaq ki, 2020-ci ilin statistikasına görə, Rusiya dünya buğda ixracında 5%-lik paya malik olmaqla 1-ci mövqedə dayanır və il ərzində 37,2 milyon ton bugda satışını həyata keçirib.

Müqayisə üçün qeyd edək ki, müvafiq göstəriciyə görə, Ukrayna dünyada 5-ci yerdədir və 18,1 milyon bugda ixrac edib. Rusiyanın Aqrosənaye kompleksinin (ASK) dünya ərzaq bazarında bir sıra parametrlər üzrə üstün mövqeyə malik olması, onun irihəcmli gəlirlərində də ifadə olunur. Məsələn, 2021-ci ildə Rusiya ASK-nın məhsul ixracından gəlirləri 37 milyard dolları ötüb. Bu gəlirlərin 11 milyard dollardan cox hissəsi yalnız buğda ixracından əldə edilib.

Ukrayna böhranı fonunda yaranan yeni reallıq zəngin Avropa İttifaqı ölkələrini belə, ərzaq böhranı ilə təhdid etməkdədir. Məsələnin qəlizliyi ondadır ki, total sanksiya hədəfinə çevirdikləri Rusiyadan 2021-ci ildə ən çəx kənd təsərrüfatı məhsulu alan məhz Avropa İttifaqı ölkələri olub. Bu göstərici 4,7 milyard dollara bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu sferada ikinci mövqedə dayanan Türkiyədə müvafiq göstərici 4,3 milyard dollar, üçüncü yerdə qərarlaşan Çində isə bu rəqəm 3,5 milyard dollar təşkil edib.

Formalaşmış mürəkkəb reallıqlar fonunda iri buğda istehsalçıları olan ABŞ və Kanadanın buğda becərilməsində üzləşdikləri əlverişsiz iqlim şəraitinin doğurduğu çətinlikləri, habelə digər mühüm taxıl tədarükçüsü olan Qazaxıstanın cari ilin 15 iyun tarixinədək buğda ixracını məhdudlaşdırması və kvota tətbiqi ilə bağlı qərar qəbul etməsini nəzərə alsaq, vəziyyətin kifayət qədər dramatik olduğu diqqətdən yayınmır. Bu kvotaya əsasən, buğda ixracı 1 milyon ton, buğda unu ixracı isə 300 min tonadək məhdulaşdırılıb.

Basqa sözlə, Rusiya-Ukrayna müharibəsinin birbaşa nəticəsi olaraq, Kiyevin dünya bazarına 2 dəfə az taxıl məhsulu ixrac edəcəyi proqnozlaşdırılır. Bu, qlobal ərzaq bazarında təxminən 9,5 milyon ton taxıl məhsulunun əskik olması deməkdir. Buğda ixracına görə Ukraynadan iki dəfədən çox böyük olan Rusiyanın sanksiyalar ucbatından buğda və un məhsullarını vaxtında və qədərincə ixrac etmək imkanlarından məhrum olması dünyanın çoxsaylı xalqlarını ən böyük imtahanla - çörəklə - sınağa çəkmək reallığını labüd edə bilər. Bu vəziyyətin isə zəncirvari olaraq hansı sosial-iqtisadi və siyasi kataklizmlərə yol aça biləcəyini proqnozlaşdırmaq elə də çətin deyil.

Qlobal ərzaq qıtlığı problemi Azərbaycanı da narahat edən məsələdir. Məsələnin qəlizliyi ondadır ki, Azərbaycan 40% buğdanı xarici istehsalçılardan almaq məcburiyyətindədir. 2021-ci ildə Azərbaycanda 1,9 milyon tona yaxın buğda istehsal edilib. Bu, 2020-ci illə müqayisədə təxminən 1% çox olsa da, ölkənin tələbatından azdır. Belə ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan bir qədər çoxdur. Son nəticədə, ölkə hər il 1 milyon tondan çox buğda idxal etməlidir. Bunun isə 90%-dən çoxu Rusiyadan, cüzi hissəsi isə Qazaxıstandan gətirilir.

Məsələn, ötən il ölkəmiz Rusiyadan 780 min tondan çox taxıl idxal edib. Bu il 1 milyon hektardan çox ərazidə payızlıq dəmyə əkinləri həyata keçirilib. Bunun 602 min hektarı buğda, 400 min hektarı isə arpadır.

Ərzaq qıtlığının getdikcə qlobal çağırışa çevrildiyini nəzərə alaraq, ölkə Prezidenti cənab İlham Əliyev ərzaq təhlükəsizliyi problemlərinin həllinə xüsusi prioritet sahə kimi yanaşır. Təsadüfi deyil ki, 12 aprel tarixində keçirilən, ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı qlobal ərzaq qıtlığı məsələlərinə xüsusi diqqət ayırıb və bu xüsusda ölkəmizdə buğda istehsalının genişləndirilməsinin vacibliyini vurğulayıb:

"Biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, həm də bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək".

Zənnimizcə, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə yerli fermerləri taxıl əkməyə stimullaşdırmaq və bu məqsədlə həmin məhsulun istehsalına ayrılmış subsidiyanın həcmini artırmaq vacibdir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4210   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr