Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - Şərtlər sadələşdiriləcək

Kreditlə avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - Şərtlər sadələşdiriləcəkDünyada elektriklə işləyən avtomobillərin bazar payı 10 ildə 41 dəfə artaraq 8,3 faizə çatıb. Keçən il elektrikli avtomobil satışları rekord qıraraq, əvvəlki illə müqayisədə 108 faiz artaraq 6,75 milyon ədədə çatıb. Paytaxt Bakıda da elektriklə işləyən avtomobillər görünür. Hazırda ölkəmizdə bu tip avtomobillərə tələbat necədir - yüksəkdir, ortadır, ya aşağıdır? Qiymət necədir? Əl çatandırmı? Satışı hansı şirkət aparır? Üstünlüyü, çatışmazlığı nədir bu avtomobillərin?

Yeri gəlmişkən, elektromobillər elektriklə çalışan avtomobillərdir. Qeyd edilir ki, belə avtomobillər ətraf mühitin çirklənməsinin qarşısını alır. Bu avtomobillərin enerji toplaması üçün xüsusi enerji stansiyaları qurulmalıdır. Elektrikli avtomobillər, bir və ya bir neçə elektrik mühərriki istifadə edərək və batareyalardan və digər enerji toplama cihazlarından yığdığı elektriki xərcləyərək sürülən avtomobillərdir. Ənənəvi avtomobillərlə müqayisədə yanacaq çəni yerinə batareya və elektrik sistemi yer alıb.

Elektrikli avtomobillər 60 volt enerji ilə çalışır. Bir çox ölkələrdə artıq elektrik avtomobillərindən istifadədə maraqlıdırlar. Belə ölkələrin əksəriyyətində elektromobilin alınması vergidən azaddır, belə avtomobillərin sahiblərinə magistralların ödənişli hissələrində pulsuz gediş-gəliş, eləcə də iri şəhərlərin mərkəzlərində güzəştli parkinq imkanı verilir. Rusiyada da elektriklə işləyən avtomobillər müəyyən dərəcədə tanınıb. Bir sıra iş adamları və sahibkarlar artıq öz elektromobilini əldə ediblər.

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib. Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev mediaya açıqlamasında deyib ki, hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir: "Hökumətə təklif etmişik ki, idxal rüsumu ləğv edilsin".

BAKU.WS xəbər verir ki, ekspertlər isə hesab edirlər ki, təklif qəbul edilərsə, bu, avtomobillərin qiymətinə təsir edəcək.

Ölkəmizə 2021-ci ildə 91 194 ədəd avtomobil idxal olunub. İdxal olunan avtomobillərin 12 936 ədədi hibrid, 160 ədədi (0,175 faiz) elektrik avtomobilidir. 2022-ci ilin yanvar-fevral ayları ərzində isə ölkəmizə 11 145 ədəd avtomobil gətirilib. Gətirilən avtomobillərin 2032 ədədi hibrid, 57 ədədi (0,51 faiz) elektrik avtomobilləridir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Yeni Müsavat"a bunları şərh edib: "Bu gün Azərbaycanda elektriklə çalışan avtomobillərin sayı artmaqdadır. Düzdür, biz gözlədiyimiz qədər artım olmayıb. Bunun da müəyyən səbəbləri var. Hazırda ölkəmizdə elektriklə çalışan avtomobillərin infrastrukturunun qurulması istiqamətində işlər aparılır. Konkret olaraq bu il yanvar ayının 1-dən etibarən ölkəmizə idxal olunan elektromobillər əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Bu da sahibkarlara şərait yaradır ki, bu növ avtomobillərin ölkəyə idxalının sayını artırsınlar. Bu proses gedir. Məndə olan məlumata görə, yanvar ayından mart ayının 31-nə qədər Azərbaycana idxal olunan elektromobillərin sayında artım var. Eləcə də bu növ avtomobilləri sifariş edən vətəndaşların da sayı artır. Vətəndaşlar artıq ekoloji cəhətdən təmiz avtomobillər almaqda maraqlıdırlar".

Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərin istehsalı dizel və benzinlə işləyən maşınlara nisbətən daha baha olur: "Əlbəttə, bunların qiyməti bir qədər yüksək olur. Lakin qiymətlərin yüksək olmasına görə də dövlət bu növ avtomobillərin vətəndaşlara əlçatan olması üçün stimullaşdırıcı addımlar atır. Bunlardan biri idxalda ƏDV-dən azadolmadır.

Bununla bağlı yol xəritəsi də hazırlanıb, həmin yol xəritəsində də qeyd olunub ki, ölkə daxilinə elektriklə çalışan avtomobillərin vətəndaşlarımız tərəfindən daha çox alıb istifadə olunması üçün müəyyən addımlar atılsın. Məsələn, Azərbaycanda elektrik doldurma məntəqələrinin sayının artırılması nəzərdə tutulur. Bunun üçün müvafiq qanunvericilik və qanunvericilikdə müəyyən dəyişikliklər, müvafiq qurumların birbaşa olaraq bu istiqamətdə iş görməsi nəzərdə tutulur.

Eyni zamanda elektriklə çalışan avtomobillərin kredit şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur. Bu növ avtomobilləri almaq istəyən vətəndaşlara güzəştli kreditlər təklif ediləcək. Stimullaşdırıcı addımlar bununla yekunlaşmır. Dövlət ölkədə ekosistemin yaxşılaşdırılması istiqamətində konkret işlərin görülməsində israrlıdır.

Bu səbəbdən də Dövlət Gömrük Komitəsinin rəsmisi də ötən həftə fikrini bildirmişdi ki, elektriklə çalışan avtomobillər ölkəyə idxal olunarkən, ümumiyyətlə, onların idxal rüsumlarndan azad olunması təklifləri verilib. Bu da, əlbəttə, sevindirici haldır. Əgər belə olarsa, ölkəmizdə elektriklə çalışan avtomobillərin sayı artacaq. Bu, həm insan sağlamlığına təsir edəcək, həm ekosistemin yaxşılaşmasına gətirib çıxaracaq, həm də lazımi resursların qənaətinə səbəb olacaq"./baku.ws


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2179   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr