Qadınlar daxili işlər orqanlarında işə götürülmürlər? - AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) qadınların daxili işlər orqanlarına xidmətə qəbul edilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son günlər bəzi xəbər saytlarında rəsmi mənbələrə istinad edilmədən xəbərlər paylaşılır ki, qadınların daxili işlər orqanlarında xidmətə qəbulu dayandırılıb:
"İddialar tamamilə əsassızdır və şayiə xarakterlidir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Daxili İşlər Nazirliyi tərəfindən gender siyasəti daim diqqət mərkəzində saxlanılır və bu sahədə məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Qanuna uyğun olaraq Nazirlikdə gender məsələləri üzrə vəzifə də təsis olunub və həmin vəzifəni polis polkovnik-leytenantı rütbəsi daşıyan qadın əməkdaş icra edir.
Hazırda Azərbaycan Respublikasının daxili işlər orqanları şəxsi heyətinin 11 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da bir çox dövlətlərin analoji göstəricilərindən yüksəkdir. Qadın həmkarlarımız polis serjantından polis polkovnikinə qədər xüsusi rütbə daşıyırlar. Bu gün Azərbaycan polisi sıralarında polis nəfərindən tutmuş idarə rəisi kimi xidmət edən qadın əməkdaşlar var. Bundan başqa daxili işlər orqanlarında xidmət edən qadınlar öz kişi həmkarları ilə çiyin-çiyinə ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması sahəsində üzərilərinə düşən vəzifələri böyük əzmlə yerinə yetirirlər".
"Bununla yanaşı daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı və digər növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri var. Bu gün qadın polis əməkdaşları respublikanın "ASAN xidmət" mərkəzlərində və daxili işlər orqanlarının istintaq, təhqiqat, pasport-qeydiyyat, statistika, "102 Zəng-Mərkəzi", post-patrul, tibb və digər sahələrində vətəndaşlarımızın xidmətindədirlər.
Məlumat üçün onu da qeyd edim ki, hazırda qadın vətəndaşlarımız daxili işlər orqanlarında xidmətə yalnız Polis Akademiyasında təhsil alaraq deyil, orta təhsili tam başa vurduqdan, həmçinin digər mülki ali təhsil ocaqlarını bitirdikdən sonra DİN tərəfindən əvvəlcədən elan olunan müsabiqələri müvəffəqiyyətlə keçdikləri təqdirdə qəbul olunurlar", - deyə o əlavə edib.
Qeyd edək ki, son günlər Polis Akademiyasına, o cümlədən polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı iddialar səslənib.
Qurum isə ilkin məlumatda qadın vətəndaşların Polis Akademiyasına qəbulun dayandırıldığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1171 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr