Qəfil ölən məktəblinin anası FƏRYAD ETDİ: "Hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar" - FOTO
Bir həftə əvvəl Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun qəfil dünyasını dəyişməsinin səbəbi məlum olub.
Bizim.Media-ya danışan Ramal Osmanovun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığı və biganəliyindən öldüyünü iddia edib.
Ana Ramalın son nəfəsində ona K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasının həkimlərinin heç bir yardım göstərmədiklərindən şikayətçidir:
"Uşaq sağlam idi. Sadəcə, gözündə zəiflik və ürək döyüntüsü vardı. Müalicə alırdı. Aprelin 11-də gecə evdə qəfil burnundan qan açıldı. Qanını kəsə bilmirdik. Sumqayıt Şəhər Uşaq Xəstəxanasında oğluma bütün yardımlar olundu. İçəridən damarını yandırdılar və bir gün xəstəxanada qaldı. Analizlərində çıxmışdı ki, ağ qan qırmızı qanı yeyir.
Məsləhət gördülər ki, Bakıya gətirək. Elə Sumqayıt xəstəxanasının göndərişi ilə təcili tibbi yardım maşınında Ramalı OMD-yə gətirdik. Amma OMD-nin həkimləri uşağın təcili tibbi yardım maşınından düşməsinə belə imkan vermədilər. Üstəlik oğluma heç bir tibbi yardım göstərməyən həkim arxasını çevirərək yanımızdan uzaqlaşdı".
OMD-dən biganəlik gördüyünü deyən və çarəsi kəsilən ana vəziyyəti ağırlaşan oğlunu daha sonra Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasına aparıb. Orada isə daha acınacaqlı münasibətlə qarşılaşıb.
Xəstəxana həkimi Ramala nəinki ilk tibbi yardım göstərib, üstəlik "bu bizim işimiz deyil" deyərək, uşağın üzünə belə baxmayıb:
"İndi başım qarışıqdır. Mən həmin xəstəxanalardan və oğluma yardım etməyən həkimlərdən şikayətçi olacağam. Onlara başa salacam, görüm, ilk tibbi yardım etmək onların işi deyilsə, xəstəxanada nə gəzirlər?
Təbii ki, hər kəsin bir qisməti var, mənim oğlumun da Allahın dərgahına qovuşması üçün vaxtı çatıbmış. Amma ölüm ayağında olan uşağın üzünə baxmamaq, ona heç bir yardım etməmək nə deməkdir?
Uşaq xəstəxananın qabağında, həkimlərin gözü önündə heç bir yardım edilmədən can verdi, ürəyi partladı. Mən bu məsuliyyətsizliyə görə onlardan əl çəkən deyiləm. Hər biri cəzasını çəkəcək", - deyə ana fəryad edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1888 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrAQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
7 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr