Milli Məclisin deputatı: "Dünyadakı yoxsul əhalinin 45 faizi müsəlman aləmində yaşayır"
"Ramazan paylaşmaq, başqalarına əl tutmaq və imkansızlara yardım etmək ayıdır. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibdir".
Bu sözləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, hazırda xeyli sayda müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır:
"Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərisində yaşayır. Hər beş müsəlmandan birinin gündəlik gəliri bir dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Dünya əhalisinin 25 faizini təşkil edən müsəlman ölkələrində dünyadakı hər iki yoxsul şəxsdən biri yaşayır.
Göründüyü kimi, yoxsulluq və bir sıra hallarda aclıq xeyli sayda müsəlman ölkələri üçün ən ciddi problemlərdən biridir. Müqəddəs Ramazan ayında olduğu kimi, digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddini azalda bilərlər. Təbii ki, müqəddəs kitabların hamısı dinindən asılı olmayaraq, hər bir şəxsin ehtiyacı olanlara dəstək olmasını buyurur.
Bayramöncəsi ehtiyacı olanlara dəstək olacaq Fitrə zəkatınızı Allah qəbul etsin.
Allah oruc və dualarınızı qəbul etsin"./baku.ws
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1147 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr