Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider

Dahi rəhbər, xilaskar dövlət xadimi, milli liderMayın 10-da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 ili tamam olur. O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır. Ümummilli Liderin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də inkişaf prosesinin digər vacib sahələrində özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz Ümummilli Liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-cı illərin əvvəllərindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, yenicə müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur.
"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" – deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta zamanla belə cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bu günkü nəsl belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə minnətdardır.
Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Bu gün ulu öndərimizin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1168   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr
.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

6 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı

4 noyabr
.

Zəfər Günü və Şuşa: Tarixin dəyişdiyi, Azərbaycanın yeni reallıqlar yaratdığı mərhələ

Azərbaycanın 8 Noyabr - Zəfər Günü müasir dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi qələbənin təcəssümü deyil, həm də Azərbaycan dövlətinin uzun illər qarşısında dayanan tarixi vəzifəni reallaşdırmasının, milli iradəni

3 noyabr
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

3 noyabr