Nərimanovda Ulu öndərə həsr olunmuş xatirə tədbiri keçirildi
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ata vəsiyyətinin təntənəsi" adlı xatirə tədbiri keçirilib.
Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub. Dövlət Xor Kapellasının ifasında Azərbaycan Himninin səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli məclisinin sədr müavini Adil Əliyev və digər natiqlər çıxış edərək bildirmişdirlər ki, biz çox xoşbəxt xalq, xoşbəxt millətik ki, Heydər Əliyev kimi Ulu Öndərimiz və Müzəffər Ali Baş Komandan kimi rəhbərimiz var. Onlar həmçinin,qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər barədə ətraflı məlumat verdilər.
Tədbirdə o cümlədən, Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirildi. Görüş səmimi xatirələr, maraqlı müsiqi kompozisiyaları ilə yadda qaldı.
.










Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 931 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güc və birlik rəmzi - "Dəmir yumruq"
"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej
3 noyabrAzərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
6 noyabrHeydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası
"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan
6 noyabrŞuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub
"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı
4 noyabrPrezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa
3 noyabrUluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri
"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind
6 noyabr