"Whatsapp"da yeni funksiya işə salınır - FOTO
"Whatsapp" messencerində söhbətlərdə yeni funksiya mövcud olacaq.
Bu barədə "WABetaInfo" portalının ekspertləri istifadəçilərə məlumat veriblər.
Portalın məlumatına görə, "WhatsApp"ın kompüterlər üçün 2.2218.0 nömrəsi altında beta versiyasında hər mesajın yanında sürətli cavab düyməsi peyda olub. Bunun üzərinə klikləməklə istifadəçi dərhal mesaj yazıb həmsöhbətinə göndərə bilər.
Hazırda messencerdən kompüterdə istifadə edən istifadəçilər üçün çatda cavab verməyin yalnız bir üsulu mövcuddur. Onlar mesajı sürüşdürməli, görünən hissəni klikləyib "Cavab vermək" bəndini seçməlidirlər.
Bildirilir ki, mesajlara operativ cavab vermək qabiliyyəti hələ də inkişaf mərhələsindədir. Onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı dəqiqləşdirilməyib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3364 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada zavodda partlayış - 3 ölü, 58 yaralı - Yenilənib
Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunda partlayış və ardınca yanğın baş verib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır
31 martDubayda İranın hücumlarını lentə alan onlarla ingilis saxlanıldı
Təxminən 70 Böyük Britaniya vətəndaşı Birləşmiş Ərəb Əmirlikləri ərazisində İranın atdığı raketlərdən sonra yaranan dağıntılar foto və videolarını çəkdiklərinə görə "sərt qanunlar" çərçivəsində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Dubayda yaşayan hüquq müdafiəçisi Radha Stirlinqi
30 martSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 mart