"Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək" - Aqil Lətifov

"Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək" - Aqil LətifovAzərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. 18 faiz ƏDV-nin ləğv olunması çap medianın inkişafına necə təsir edəcək?

Məsələ ilə bağlı Sonxeber.az-a Publika.az xəbər portalının baş redaktoru Aqil Lətifov açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi çox əhəmiyyətli, tarixi addımdır:

"Bildiyiniz kimi, cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub. Çox sevindirici haldır ki, bu gün Əli Əsədov bütün qələm əhlini, kitabsevərləri sevindirən qərara imza atdı. Bu qərar təkcə bizi deyil, bütün vətəndaşları sevindirəcək addımdır.

Şübhəsiz ki, bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına mühüm təkan verəcək. Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək. Çünki kitab hər kəsin həyatına birbaşa təsir edən vasitədir. Kitab qiymətlərində də müəyyən ucuzlaşmanın olacağını proqnozlaşdırmaq olar".

A.Lətifovun sözlərinə görə, indiki mərhələdə, xüsusilə Rusiya-Ukrayna müharibəsinin fonunda dünya bazarında cərəyan edən çalxalanmalara nəzər yetirdikdə kağız məhsullarının ƏDV-dən azad edilməsinin əhəmiyyəti daha da artır:

"Bu müharibənin fonunda son vaxtlar kağız məhsullarının qiymətinin həddən artıq bahalaşması sözügedən sahəyə əməlli-başlı zərbə vurub, ciddi bədbinlik yaradıb. Belə bir məqamda isə bu qərarın verilməsi tam zamanında, yerində atılan addım oldu. Çap mediasını, xüsusilə qəzetlərin hazırkı durumunu nəzərə aldıqda bu qərarın əhəmiyyətinin daha böyük olduğunu söyləyə bilərik.

Son vaxtlar bu istiqamətdə istər Medianın İnkişafı Agentliyində çap mediası subyektlərinin rəhbərləri ilə, istərsə də digər platformalarda ciddi müzakirələr gedirdi. Deməli, bu müzakirələr heç də boşuna deyil. Ümid edək ki, ƏDV-dən azad olunma, gözlədiyimiz kimi, bu sahənin inkişafına ciddi töhfələr verəcək, "print-media"da intibahı təmin edəcək.

Hesab edirəm ki, bu qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək".

Aysel Quliyeva


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1347   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Röyanın "Tez gəl" mahnısının bəstəkarı olan gənc həkimlə MÜSAHİBƏ

Onun üçün həkimlik peşə, musiqi həyat tərzidir. Deyir ki, xəstəxanada iş otağına daxil olduğu halda həkim, işi bitəndən sonra bəstəkardır. Həm insanlara şəfa verir, həm də ruha toxunmağı bacarır. "Kaspi" qəzetinin Röyanın ifa etdiyi, trendlərdə ilklərdə olan məşhur "Tez gəl" mahnısını

1 oktyabr 2023
.

"Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 il uzatmaq fikri yoxdur"- Elman Nəsirov -VİDEOMÜSAHİBƏ

"Cənab prezidentin mövqeyi bundan ibarətdir ki, rus sülhməramlıları Qarabağda 5 il qalsın.İmzaladığımız sənəddə qeyd olunub ki, tərəflərdən biri etiraz etməsə, rus sülhməramlılarının mandatı uzadıla bilər. Belə olan halda, biz etiraz edirik. Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 i

11 oktyabr 2023
.

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın" - Rüfət Quliyev - VİDEOMÜSAHİBƏ

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın. Türkiyə xalqı seçimi düzgün edəcək. Mən qardaş ölkənin seçkisinə müdaxilə edə bilmərəm, amma Azərbaycan üçün də, Türkiyə üçün Ərdoğanın seçilməsi vacibdir. Bizi Ərdoğan kimi istəyən lider olmayacaq". Bu sözləri Milli Məclisin deputat

22 may 2023
.

"Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir" - İnfeksionist həkim İbrahim Rufullayev - VİDEOMÜSAHİBƏ

"Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir". Bu sözləri infeksionist həkim İbrahim Rufullayev -a müsahibəsində deyib. Həkim qeyd edib ki, peyvənd həm effektivlik baxımından daha yaxşı nəticə verir, həm də digər tədbirlərə xərclənən vəsaitdən daha ucuz başa gəlir:. "İnfeksion xəstəliklərdə

14 dekabr 2023
.

"Bəzən qiraətlə məşğul olmağım aktyor fəaliyyətimdə mənə mane olur" - Sabirə Abdullayeva Rüstəmli

"Mən aktrisayam. Bu işlə məşğulam. Aktyorların çoxu qiraətlə də məşğul olur. Amma, mən aktyor olmamışdan əvvəl, ta kiçik yaşlarımdan şeir yazıram,səsləndirirəm və buna görə şeir mənim ayrılmaz bir hissəmdir". Bu sözləri aktrisa, qiraətçi Sabirə Abdullayeva Rüstəmli -a müsahibəsində qeyd edib

27 yanvar 2025
.

"Hər şey demək olar ki, on dəqiqə ərzində baş verdi" - Yelena Sidorenko - VİDEOMÜSAHİBƏ

"Mən uşaqlıqdan rəqslə məşğul olmuşam və ANS televiziyasında keçirilən rəqs müsabiqəsində iştirak etmişəm. Televiziyaya aparıcı kimi dəvəti də elə həmin müsabiqə vasitəsilə almışam. Sadəcə, orada görmüşdülər ki, qeyri-azərbaycanlı bir qız Azərbaycan dilində danışır və s. Ümumiyyətlə, ağlımın ucunda

17 oktyabr 2025
.

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir" - Aynur Məmmədova - VİDEOMÜSAHİBƏ

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Tənəffüs sistemi dediyimizdə də təbii ki, ağciyərlərimiz və bronxlarımız nəzərdə tutulur". Bu fikirləri -a müsahibəsində Uzman Pulmonoloq Aynur Məmmədova danışıb. "Tənəffüs sistemi xəstəliklərinə də əlbəttə dah

18 mart 2025
.

Razi Nurullayev: "Vahid Əhmədovun başına dubinka dəyməyib, mənim başıma dəyib" -VİDEOMÜSAHİBƏ

"Kimsə xalqın məhəbbətini qazanmaq istıyirsə, bunu başqalarını hədəf alıb özünü yaxşı göstərməklə etməməlidi. O insan o zaman bunu edə bilər ki, özü məşəqqətlər yaşamış olsun,dissedent həyatı sürsün, həbs olunsun , təzyiq olunsun, bir dəfə parlamentdən qovulsun, bir dəfə xaricə buraxılmasın, bi

29 aprel 2023
.

Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ

"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar". Bu sözləri -a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb

18 dekabr 2025