Rusiya Qafqazdakı "qondarma" respublikanı özünə birləşdirir – REFERENDUM KEÇİRİLƏCƏK

Rusiya Qafqazdakı "qondarma" respublikanı özünə birləşdirir – REFERENDUM KEÇİRİLƏCƏKGürcüstanın Rusiya tərəfindən işğal edilmiş iki vilayətindən biri – Cənubi Osetiyada yaradılmış "qondarma respublika" Rusiyaya birləşməyə hazırlaşır.

Bu barədə referundum keçiriləcək, referendum üzrə fərmanı "qondarma respublikanın prezidenti" Anatoli Bibilov imzalayıb. Qeyd edək ki, bu ərazidə mayın 8-də təşkil edilən seçkilərdə Anatoli Bibilov məğlub olub və ərazinin yeni rəhbəri Alan Qaqloyev olub.

Referendumda sakinlər bir suala cavab verəcəklər: "Cənubi Osetiyanın Rusiyaya birləşməsini dəstəkləyirsinizmi?".

Rusiya tərəfi bu təşəbbüsü dolayı yolla dəstəkləyib. Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, rəsmi Moskva tərəfindən bununla bağlı hüquqi və digər addımlar atılmasa da, "söhbət Cənubi Osetiya xalqının öz rəyini bildirməsindən gedir və biz buna hörmətlə yanaşırıq".

Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Artyom Turov bildirib ki, Cənubi Osetiyanın Rusiyanın tərkibinə qoşulması üçün heç bir hüquqi maneə yoxdur.

Xatırladaq ki, SSRİ dövrində Gürcüstanın tərkibində olan Cənubi Osetiyada (Şimali Osetiya Rusiyanın tərkibindədir – FED.az) separatçı meyllər 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində başlayıb. Gürcüstan rəhbərliyinə tabe olmaqdan imtina edən Cənubi oetiyalılar müstəqilliklərin elan ediblər. Gürcüstan hökuməti prezidentlər Qamsaxurdiya və Şevardnadzenin vaxtında münaqişəni hərbi yolla həll etməyə çalışsalar da Rusiyanın təzyiqi ilə geri çəkilməli olublar. Nəticədə 1992-ci ildən etibarən Cənubi Osetiya müstəqil mövcud olub. O vaxtdan aparılan sülh danışıqları nəticə verməyib.

2008-ci ilin avqustanda Mixail Saakaşvilinin dövründə Gürcüstan bu əraziləri hərbi yolla qaytarmağa çalışsa da, Rusiyanın hərbi müdaxiləsi ilə üzləşib. Elə həmin il Rusiya Gürcüstanın digər işğal olunmuş ərazisi Abxaziya kimi, Cənubi Osetiyanın da "müstəqilliyini" tanyıb.

Rusiya ilə yanaşı, bu ərazini cəmi 4 ölkə - Nikaraqua, Venesuela, Nuari və Suriya müstəqil ölkə kimi tanıyıb.

Cənubi Osetiyanın sahəsi 3900 kvadrat kilometrdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 973   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb

ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb. Məhkəmə Litvanın "Mediatonas"

24 oktyabr
.

İran ABŞ gəmilərinin Fars körfəzinə bir daha girməsinə icazə verməyəcəyini bildirir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi bildirib ki, İran Amerika hərbi gəmilərinin bir daha Fars körfəzinə girməsinə icazə verməyəcək. xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəm əl-Ənbiy

24 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Hörmüz boğazında iki tanker minalara düşüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə

24 oktyabr