Rusiyalı hakerlər "Avroviziya"nı təhdid etdi
Rusiyanın "Killnet" haker qrupu bu il İtaliyada keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində Ukraynanı təmsil edən "Kaluş" orkestrinə veriləcək onlayn səsləri bloklamaq üçün serverləri ələ keçirəcəyini iddia edib.
Davam edən müharibə fonunda Avropanın dəstəklədiyi Ukrayna müsabiqənin də favoritinə çevrilib, rusiyalı hakerlər isə "Telegram" kanallarında paylaşdıqları elanda buna imkan verməyəcəklərini bildiriblər.
"Onlayn səs verə bilməzsiniz. DDOS (kiber hücum) sizə bunu etməyə imkan verməyəcək", - deyə onlar qeyd ediblər.
Bu təhdiddən sonra açıqlama verən "Avroviziya" sözçüsü mahnı müsabiqəsinin səsvermə sistemini və tamaşaçıların iştirakını kənar təsirlərdən qorumaq üçün hər il müxtəlif təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib, eyni zamanda bu il də həmin tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Öz növbəsində "Kaluş" orkestri "Avroviziya"da qələbənin Ukrayna xalqı üçün böyük mənəvi dəstək olacağını dilə gətirib. Müsabiqənin qalibi bu axşam keçiriləcək finalda müəyyənləşəcək. Xatırladaq ki, Rusiya müsabiqədən kənarlaşdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 810 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabrSəudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb
24 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabr