Moldovanın Rusiya QORXUSU: Yeni münaqişə ocağı yaranır, Rumıniya ilə birləşmə gündəmdədir

Moldovanın Rusiya QORXUSU: Yeni münaqişə ocağı yaranır, Rumıniya ilə birləşmə gündəmdədirRusiya mediası, siyasətçilər Moldovadakı durumu süni surətdə şişirdirlər. İddia edirlər ki, bu ölkədə rusların hüquqları pozulur. Hətta Kremlin Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Prosesin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ukrayna ilə Rusiya arasında yaşanan müharibə qonşu dövlətlərin əksəriyyətində təşviş və həyəcan doğurub. Bəziləri qorxu, bəziləri həyəcanla növbəti qurbana çevrilə biləcəyini gözləyir. Siyahıya Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir. Artıq bu qorxu bir çoxlarını çıxış yolları axtarıb tapmağa vadar edir. Bəziləri çıxış yolunu Rusiyaya loyal qalmaqda, bəziləri isə NATO-ya üzvlükdə görür. Məsələn, Rusiyanın Ukraynaya hücumu Finlandiya və İsveçi bu gün ciddi şəkildə NATO-ya qoşulmağa vadar edib. İndiyə qədər neytral olan iki ölkə hərbi alyansa qoşulmağı gündəmə gətiriblər. Rusiya bu ölkələrə NATO-ya qoşulmamaqla bağlı xəbərdarlıq edib və onları texniki hərbi cavabla hədələyib. NATO baş katibi Jens Stoltenberq isə hər iki ölkəyə də qucaq açacaqlarını söyləyib. Maraqlı olan Moldovanın mövqeyidir. Kişinyov başqa bir yola üstünlük verir.

Qərb mediası yazır ki, son günlər Dnestryanı bölgədə gərginlik Moskvanın Ukrayna ilə sərhəddə - Moldovada yeni gərginlik ocağı yaratmaq planından xəbər verir. Dnestryanı bölgədə baş verən son partlayışlarda qondarma qurum Ukraynanı, Moldova isə separatçı bölgədəki klanları günahlandırır. Bəs əslində, nə baş verir? Doğrudanmı, yeni münaqişə ocağı yarana bilər? Görünən odur ki, artıq separatçı bölgənin əhalisi bölgəni tərk edərək Moldova və qonşu Ukrayna ərazisinə köçməyə başlayıb. Müharibə başlayandan bəri media və ekspert dairələrində növbəti hədəfin Moldova olacağı barədə xəbərlər müzakirəyə çıxarılır. Hətta Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Qeyd olunur ki, rus qoşunlarının ehtimal olunan uğurları cənub-qərb istiqamətində "ikinci cəbhə"nin yaranmasına gətirib çıxara bilər.

Belə bir vəziyyətdə Moldovanın Rumıniya ilə birləşməsi gündəmə gətirilib. Rumıniya Xarici İşlər Nazirliyi separatçı Dnestryanıdakı vəziyyətlə bağlı Moldova prezidenti Mayya Sandunun mövqeyini dəstəklədiyini bəyan edib. Bu mövqe isə bölgənin Moldova torpağı olmasından ibarətdir. Ardınca da Moldovanın sağçı partiyaları ölkənin Rumıniya ilə birləşməsi tələbini yenidən gündəmə gətiriblər. Rumınların Birləşməsi Alyansının (AUR) lideri, Rumıniya parlamentinin üzvü, Moldovada yaşayan Rumıniya vətəndaşlarının da səs verdiyi George Simion təhlükəsizlik problemini birləşərək həll etməyi təklif edir. "Tiraspolda Dövlət Təhlükəsizliyi Nazirliyi adlandırılan binaya hücum, ardınca Mayakdakı radio mərkəzinin bəzi texniki vasitələrinin dağıdılması Ukraynadakı münaqişənin əyalət ərazisinə yayılmasına yönəlib", - Simion bildirib. Onun fikrincə, ikinci rumın dövlətinin Rumıniya ilə sülh yolu ilə birləşməsi yeganə həll yoludur.

Prezident Mayya Sandu isə bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi sayəsində mümkün ola bilər. Sabiq baş naziri Yuri Lyanke də Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib.

Moldovalı analitiklər isə ölkənin dərhal Ukraynanın tərəfinə keçməli olduğunu bildirilər. "Dəyişikliklər" Partiyasının lideri Stefan Qliqor TV8 telekanalında bildirib ki, nə Kişinyov, nə Kiyev, hətta Tiraspol vəziyyətin gərginləşməsini istəmir və Dnestryanı bölgədəki partlayışların təşkilatçısı ola bilməz. Gərginlikdən faydalanan tərəf Rusiyadır. Baş nazirin reinteqrasiya üzrə keçmiş müavini Aleksandru Flençia qeyd edib ki, Kişinyov münaqişədə birbaşa və ya dolayısı ilə iştirak edən əsas oyunçularla çox az ünsiyyət qurur, lakin hadisələrin inkişafını passiv şəkildə izləyir: "Bu hadisələrin məqsədi Dnestryanı region deyil, Moldova Respublikasıdır".

Rusiya mediası isə Ukraynada müharibənin başlamasından sonra Moldovada rusdilli vətəndaşlara təzyiq edilməsi iddiasını qaldırmağa başlayıb. Rusiyanın Kişinyovdakı səfirliyi Moldovada dil, din, milli, mədəni və digər zəminlərdə ayrı-seçkilik hallarının tez-tez baş verdiyini açıqlayıb, ruslara müraciət edib ki, həyat və sağlamlıqları üçün təhlükə yaranacağı halda məlumat versinlər. Ardınca bölgədəki rus qoşunlarının generalı Rüstəm Minnekayev açıq şəkildə bildirib ki, Rusiya ordusunun Dnestryanıya doğru irəliləməsi vacibdir. O da iddia edib ki, orada rusdilli əhali sıxışdırılır. General bu "sıxışdırılma"nın nədən ibarət olduğu barədə heç nə deməyib. Moldova öz növbəsində Rusiyadan cəmiyyətdə gərginlik yaradan bəyanatlar səsləndirməməyi tələb edib, həmin iddiaları əsassız adlandırıb.

Bir faktı da qeyd edək ki, Dnestryanının Ukrayna ilə həmsərhəd olan Kolbasna kəndində Şərqi Avropanın ən böyük silah-sursat anbarı yerləşir. Bu anbar 1940-cı illərdə yaradılıb, silahların əksəriyyəti sovet qoşunları ADR, Çexoslovakiya və keçmiş sosialist düşərgəsinin digər ölkələrindən çıxandan sonra ora yığılıb. Belə bir versiya getdikcə daha çox səslənir ki, silah qıtlığından əziyyət çəkən Ukrayna həmin anbarı ələ keçirməkdə son dərəcə maraqlıdır. Qərb hərbi ekspertləri bu versiyanı ciddi qəbul etmir, çünki hazırkı müharibədə Ukrayna tank əleyhinə sistemlərin və zenit sistemlərinin ən yeni variantlarına ehtiyac duyur, sovetdən qalma silah-sursat anbarında isə bunlar heç bir halda ola bilməz. Görünən odur ki, proseslərin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər. Bunun üçün zəmin və hüquqi baza da var. Ən əsası parlament və hökumət qərbpərəst qüvvələrdən ibarətdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1029   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb

ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb. Məhkəmə Litvanın "Mediatonas"

24 oktyabr
.

İran ABŞ gəmilərinin Fars körfəzinə bir daha girməsinə icazə verməyəcəyini bildirir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi bildirib ki, İran Amerika hərbi gəmilərinin bir daha Fars körfəzinə girməsinə icazə verməyəcək. xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəm əl-Ənbiy

24 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Hörmüz boğazında iki tanker minalara düşüb

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə

24 oktyabr