Putinin tükürpədici planı üzə çıxdı: Stalinə rəhmət oxutdurur

Putinin tükürpədici planı üzə çıxdı: Stalinə rəhmət oxutdururRusiya hakimiyyət orqanları genişmiqyaslı işğaldan əvvəl iki milyona qədər ukraynalının zorla deportasiyasını planlaşdırırmış. Bunun üçün 1310 tranzit mərkəzi yaradılıb.

Bu barədə İngiltərənin "Daily Mail" nəşri yazıb. Media orqanı mötəbər mənbələrdən "yüksək səviyyəli sənədlər" aldığını qeyd edib. Qəzet yazır ki, Moskvanın bu qorxunc siyasəti "Sovet İttifaqının ən qaranlıq günlərində yer alan kütləvi deportasiyalarla müqayisə oluna bilər".

O zaman təxminən 1,2 milyon ukraynalı bu "qorxulu" siyasətin bir hissəsi olaraq Rusiyaya, bəziləri Şimali Koreya ilə sərhədə, Sibirin ucqar kəndlərinə və ya hətta Yaponiya yaxınlığındakı Sakit okean adalarına deportasiya edilib.

Məcburi deportasiya "Rusiya düşmənlərini" müəyyən etmək üçün Ukraynanın işğal olunmuş ərazilərində qondarma "süzgəc düşərgələri" sistemi ilə bağlıdır. Bundan əlavə, işğalçılar tərəfindən saxlanılan minlərlə kişi məcburi əməyə cəlb edilir - onlar dağılmış evlərdə partlamamış mina və mərmiləri axtarmağa məcbur edilirlər.

"Daily Mail"in məlumatına görə, Kreml işğal olunmuş torpaqlarda bütün ukraynalıların hökumət və ya hərbçilərlə əlaqəsinin olub-olmadığını yoxlayır, onlardan "süzgəcdən" uğurla keçdikləri barədə sənədlərə malik olmalarını tələb edirlər.

Kreml onların cib telefonlarının bütün məlumatlarını, həmçinin barmaq izlərini və fotoşəkillərini toplayır. Belə məlumatların insanların gələcək hərəkətini izləyə bilən "sifətin tanınması" texnologiyasından istifadə edən Çin tipli müşahidə sisteminə ötürüləcəyi gözlənilir.

Rusiyaya deportasiya edilən ukraynalılara orada qalmaları üçün təzyiq edilir və vətənə qayıtmaq istəyənləri həbslə hədələyirlər. Hər onuncu adam filtrasiya sistemindən "keçmir" və işgəncə ilə tanınan düşərgələr və həbsxanalar şəbəkəsində yoxa çıxır. Belə ki, düşərgədən qaçan bir nəfər 750 məhbus üçün nəzərdə tutulmuş, lakin 3 min insanın olduğu gizli həbsxanada döyüldüyünü və elektrik cərəyanı ilə işgəncələrə məruz qaldığını bildirib.

Bundan əlavə, işğalçılar Donbassın işğal olunmuş ərazilərində 2000-ə yaxın uşağı da uşaq evlərindən götürüblər, yəqin ki, onları Rusiyadakı ailələrə verəcəklər. Maraqlıdır ki, az əvvəl Vladimir Putin Ukraynadan uşaqların övladlığa götürülməsi qaydalarının sadələşdirilməsini barədə sənəd imzalamışdı.

Putinin filtrasiya siyasətinin dəhşətləri keçən həftə Alisa adlı dörd yaşlı qız Mariupoldan təxliyə olunduqdan sonra Ukraynanın cənubundakı Zaporojye şəhərinə gələndə üzə çıxıb. Bu qız 29 saatlıq avtobus səfərindən sonra içərisində paltar və anası Viktoriya Obdinanın qohumlarından uşağına baxmağı xahiş edən məktubu olan bel çantası ilə Zaporojyeyə çatıb. Onlar Mariupoldan 32 km aralıda yerləşən Bezymyannıda "filtrasiya düşərgəsi"ndə bir-birlərindən ayrı düşüblər. Viktoriyanın "cinayəti" onun "Azovstal"ın müdafiəçiləri ilə ünsiyyətdə olması olub.

Sənədlərdən birində 102 495 nəfərin "emal edilməsi" üçün nəzərdə tutulmuş 684 "planlaşdırılmış" tranzit mərkəzi göstərilir. Onlardan 152-si işğaldan üç gün əvvəl, fevralın 21-i səhər saat 6-dan etibarən "qəbula hazır idi". Digər mərkəzlər üçün də başlama tarixləri verilmişdi.

29 aprel tarixli başqa bir sənəddə ukraynalıların saxlanması üçün 1310 "yer" qeyd olunub. Göstərilir ki, 496 mərkəzdə 33 474 nəfər, o cümlədən 11 637 uşaq saxlanılıb. Ukrayna Ombudsmanı Lyudmila Denisova bildirib ki, bu sənədlər deportasiyanın planlaşdırıldığını sübut edir.

Bildiyimiz kimi, filtrasiya düşərgələrindən İkinci Dünya Müharibəsindən sonra Stalinin cəza maşını faşistlərə əsir düşmüş hərbi əsirləri və SSRİ vətəndaşlarını yoxlamaq üçün edirdi. "İdeoloji təmizliyə görə" imtahandan keçməyən 300 minə yaxın insan sürgünə göndərilmişdi. Amma bəzi ekspertlər hesab edirlər ki, Ukraynanın Mariupol şəhəri sakinlərinin Uzaq Şərqə deportasiyası Rusiyanın daxildən dağılmasına səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1933   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021