Məsciddə nəzir qutularından oğurluq edənlər cinayətkar hesab olunur?-AÇIQLAMA
Artıq neçənci dəfədir ki, məscidlərdə nəzir qutularından oğurluq edildiyinin şahidi oluruq. İanə qutusundan pul oğurlayan şəxslərə isə cinayət işi açılır. Əgər bir insanın doğrudan da ehtiyacı varsa və məcburiyyətdən buna əl atıbsa, onu cəzadan azad etmək olarmı?
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
O bildirib ki, istər məscid, istərsə də qeyri məscid olsun, bütün hallarda oğurluq hadisəsi cinayətdir:
"Hansı ehtiyacı olursa olsun, kiminsə oğurluq etməsinə bəraət qazandıra bilmərik. Bu, düzgün deyil. Mən prosesi bildiyim üçün deyirəm. Əgər kiminsə nəyəsə ehtiyacı varsa, oğurluq etmək lazım deyil. O adam şəxsən məscidlərə müraciət edib ehtiyacı olduğunu bildirsə, ona məsciddən yardım olunacaq.
Amma belə bir formada göz yumsaq, kasıbdır deyə oğurluğa şərait yaratasaq, bu, anarxiyaya gətirib çıxaracaq. Sonra biz ciddi çətinliklərlə üzləşə bilərik. Həmin adamın, eləcə də digərlərinin növbəti dəfə oğurluq etməsinə şərait yaranacaq.
Ona görə hesab edirəm ki, bütün hallarda oğurluq yolverilməzdir və buna heç bir formada göz yummaq olmaz.
Rəvayətə görə, Məhəmməd Peyğəmbərin dövründə bir oğurluq hadisəsi baş verir. Həmin oğurluq edən adam imkanlı olur. İnsanlar toplaşıb xahiş edirlər ki, bu oğurluğa görə onu cəzalandırmasınlar. Peyğəmbər onlara belə cavab verir: "Əgər mənim qızım Fatimə də oğurluq etsə, mən onun əlini kəsərdim".
Bir sözlə, dində oğurluq hadisəsi böyük günah hesab olunur. Çünki bu hadisə bütövlükdə cəmiyyətdə anarxiyaya aparır, təhlükəsizliyə təhdiddir, əmin-amanlığa xələl gətirir. Ona görə insanları bu əməldən çəkindirmək üçün konkret qaydalar və şərtlər qoyulub ki, cəmiyyətdə belə problemlər yaşamayaq".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi