"LC Waikiki"də QALMAQAL: Müştəriyə HÖRMƏTSİZLİK - FOTO
Bakıda məşhur mağazada müştərini döyüblər.
Bu barədə Sonxeber.az-a müraciət edən və "28 May" metrostansiyasının yaxınlığındakı "LC Waikiki" mağazasında bacısı ilə birlikdə döyülən Leyla Əliyeva danışıb.
O, hadisə haqqında bunları deyib:
"Bacımla paltar almağa getmişdik. Xoşumuza gələn geyimi yoxlamaq üçün geyinmə otağına girdik. Cəmi bir boş yer var idi. Mən tez geyinib paltara baxdıqdan sonra bacım da xoşuna gələn paltarı yoxlamaq üçün geyim otağına girdi.
Mağazadakı xanım elə bildi ki, 2 nəfər eyni anda geyim otağına girmişik. Mən əlimdəki paltarı həmin xanıma verən zaman mənə bildirdi ki, iki nəfərin geyim otağında geyinməsi qadağandır və dərhal əlimizdəkiləri ona təhvil verməyi tələb etdi. Mən əlimdəki paltarı xanıma verib nə olduğunu soruşdum. O isə mənə cavab vermədi və göz süzdürərək "Mənim sizin kimilərlə danışmağa sözüm yoxdur" dedi. Yenidən xanımdan mənə qarşı niyə belə etdiyini soruşdum. O da aqressiv şəkildə mağazanı tərk etməyimizi istədi.
Müştəri ilə necə belə kobud danışa bildiklərini və hansı haqla mənimlə bu tonda danışdıqlarını soruşdum. Daha sonra məni tanımadan bu cür danışa bilməyəcəklərini bildirdim. Xanım isə cavabında mənim kimliyimin ona maraqlı olmadığını söylədi.
Mən əsəbiləşib, mağaza rəhbərinin kim olduğunu soruşdum. Həmin an xanım əlimdən yapışaraq mənə dırnağı ilə xəsarət yetirib, üstümə qışqırmağa başladı. Özünü elə apardı ki, guya biz ona nəsə edirik. Bir anlıq hər kəsin diqqəti ona yönləndi. Mən də xanımın səhhətində problem olduğunu düşünüb, yenidən ona yaxınlaşdım. Satıcının yalandan qışqırdığına əmin olduqdan sonra mağazadan çıxıb getdim.
Başıma gələnləri başqası mənə desəydi, inanmazdım. Çünki mən də tələbə olduğum zaman mağazada çalışmışam və hər zaman, nə qədər problemim olsa da, müştərilərlə mehriban, səmimi davranmışam. Məşhur mağazada çalışan bir xanımın müştəriylə bu cür davranmasına heç cür haqq qazandıra bilmirəm. Həqiqən, biabırçılıqdır!"
Qeyd edək ki, Leyla Əliyeva "LC Waikiki"də qarşılaşdığı bu hadisə barədə özünün sosial şəbəkədəki şəxsi səhifəsində də paylaşım edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi