"Üçtərəfli görüş İrəvana təsir üçün yaxşı platforma ola bilər" - Deputat

"Üçtərəfli görüş İrəvana təsir üçün yaxşı platforma ola bilər" - Deputat"Brüssel prosesinin yekunu olaraq, Azərbaycanın irəli sürdüyü 5 şərtin Ermənistan tərəfindən qəbul etdilməsi bölgədə sülh və əməkdaşlıq üçün imkanlar meydana çıxarıb".

Sonxeber.az xəbər verir ki, bunu milli məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycan, Ermənistan və Rusiya rəsmilərinin bu ay baş tutacaq görüşünü şərh edən zaman deyib.
"Üçtərəfli görüş İrəvana təsir üçün yaxşı platforma ola bilər" - DeputatOnun sözlərinə görə, Azərbaycanın səyləri nəticəsində İrəvan Bakının şərtlərini qəbul etdiyini bildirərək delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi üzrə işçi qrupun formalaşdırılmasına və konkret addımların atılmasına razılıq verib:

"Paralel olaraq davam edən Soçi-Moskva proseslərinin də mahiyyəti Brüssel prosesi ilə üst-üstə düşür. Görünən odur ki, cənab İlham Əliyev böyük siyasi qətiyyət və diplomatik məharət göstərərək, nə qədər mürəkkəb olsa da, Qərblə Rusiyanın mövqelərini bu məsələdə uzlaşdıra bilib. Bu mənada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli mümkün görüşləri də məhz rəsmi Bakının beynəlxalq hüquqa əsaslanaraq irəli sürdüyü şərtlərin icrasına yönəlib.

30 illik münaqişə periodu, işğal və vandalizm faktoru, azərbaycanlılara qarşı çoxsaylı soyqırımı faktları, habelə Ermənistanda illərlə davam edən mürtəce ideologiya və ərazi iddiaları fonunda, təbii ki, yekun sülhə və birgəyaşayışa nail olmaq asan məsələ deyil. Lakin Azərbaycanın hərbi-siyasi qələbəsi, bölgədə güc nisbətinin bizim xeyrimizə köklü dəyişməsi Ermənistana Azərbaycanın ərazi bütövlüyün, beynəlxalq sərhədlərinin toxunulmazlığını tanımaqdan başqa yol buraxmır.

Bu məqsədlə, təmaslar çətin bir proses olan sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı siyasi iradənin möhkəmləndirilməsi baxımından vacibdir. Habelə, bölgədə münaqişənin yenidən alovlanmaması üçün, Azərbaycanın da şərt olaraq irəli sürdüyü kimi, dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına zəmanət üçün, qarşılıqlı təhlükəsizliyə hədə törətmək, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etmək kimi BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan aktlardan çəkinməyə dair hüquqi öhdəlik götürməsi vacibdir.

Hesab edirəm ki, müvafiq görüşlər bu barədə real addımlar üçün imkanlar yaradır. Bundan başqa, məlumdur ki, 10 noyabr və 11 yanvar bəyanatlarına müvafiq olaraq, nəqliyyat və kommunikasiyaların açılışı keçmiş münaqişə tərəfləri qarşısında öhdəlik kimi müəyyən edilib. Azərbaycan Prezidenti dəfələrlə bu öhdəliyə sadiq olduğumuzu bəyan edib, hətta qısa müddət ərzində Azərbaycan öz ərazisinə düşən hissədə kommunikasiyaları tamamlamaq üzrədir. Bu mənada üçtərəfli görüş həm də bu prosesi ləngidən İrəvana təsir üçün yaxşı platforma ola bilər ki, müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması ilə regionda əməkdaşlıq mühiti formalaşsın.

Təbii ki, bütün bu proseslərin reallaşdırılması bir görüşlə mümkün deyil, amma hər bir təmas yekun məqsəd üçün yaxşı imkandır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1464   Tarix: 18 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

Prezidentlə xanımı Cəbrayıla getdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr
.

Azərbaycan Ordusunun Zəfər yolu

"Azərbaycan xalqı üçün 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarl

4 noyabr
.

Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası

"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan

6 noyabr
.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

Azərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı

Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərman işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifad

5 noyabr
.

Qədim Şuşada gözəllik yaradılır

Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu

2 noyabr
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

6 noyabr
.

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı

4 noyabr