Məktəbdə rüşvət QALMAQALI: "Nəvəmi məktəbdən qovurlar" - AÇIQLAMA
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbdən şikayət var.
Nəvəsi sözügedən məktəbdə təhsil alan Əli Əzizli iddia edib ki, məktəbin direktoru Fərəh Hüseynova şagirdlərdən pul tələb edir:
"Rüşvət vermədiyim üçün nəvəmi məktəbdən qovurlar".
Paytaxtdakı 141 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 29.05.2022-ci il tarixində (bazar günü) məktəbin 3a sinfinin valideynləri uşaqlarla birgə şəhid Tağıyev Nurağa Davud oğlunun ailəsini ziyarət etmək üçün Xaçmaz rayonuna getməyi planlaşdırıblar:
"Bununla əlaqədar həmin sinfin iki valideyni arasında fikir ayrılığı və mübahisə yaranıb.
Valideynlərdən birinin atası 17.05.2022-ci il tarixdə videoçəkilişlə məktəbə gəlib və əsassız səs-küy salıb, məktəbin işçiləri ilə münaqişə yaratmağa cəhd edib, tədris prosesinin gedişinə mane olmağa çalışıb. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət olunub.
Onu da bildiririk ki, valideynlərin təşəbbüsü ilə nəzərdə tutulan məktəbdənkənar tədbirlərə məktəbdən müdaxilə olunmur. Həmin sinifdə və ümumiyyətlə, məktəbdə heç bir vəsait toplanması olmayıb.
Həmin şəxslə (valideynin atası ilə) müvafiq söhbət aparılıb, məsələnin yalnız 2 valideyn arasında yaranmış mübahisə olduğu dəqiqləşdirilib, valideynlərə müvafiq tövsiyələr verilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1522 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr