Bakıda 500-dən çox şagird təhlükə altında - İDDİA + VİDEO
Bakının Nizami rayonundakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən biri bağlanıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub.
Bildirilib ki, məktəbin həyətinin girişi direktorun göstərişi ilə bağlanıb:
"Nəticədə təhlükəli vəziyyət yaranıb. Belə ki, orada təhsil alan uşaqlar təhlükəli yolla hərəkət edirlər. Məktəbin 500-dən çox şagirdi təhlükəli çıxışdan istifadə edir".
210 nömrəli tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məlumatlar birtərəfli qaydada təqdim olunduğu üçün həqiqəti əks etdirmir:
"Məktəbin pedaqoji kollektivi və valideynlərin birgə rəyi əsasında məktəbin arxa tərəfdən həyətə giriş qapısının bağlanmasında məqsəd şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil almalarını, eyni zamanda, məktəb mühitinə mənfi təsir göstərməyə yönəlmiş kənar təsirlərin məhdudlaşdırılmasını təmin etməkdən ibarətdir.
Belə ki, həmin qapıdan şagirdlərdən daha çox, kənar şəxslər keçid kimi istifadə edirdilər. Məktəbin həyətindən keçən şəxslər şagirdlərin gözü qarşısında siqaret çəkir, yığışaraq söhbət edir, uyğun olmayan müzakirələrə tənəffüs zamanı şagirdləri cəlb edir, səs-küy yaradır və nalayiq ifadələrlə tədris prosesinə mane olurdular.
Bir sıra vətəndaşlar isə məktəbin həyətindən park kimi istifadə edir, heyvanlarını gəzdirir, oturacaqlarda oturub tum çırtlayır, ətrafı zibilləyirdilər. Bütün bunlar isə dərs prosesinin pozulmasına, müəllim və şagirdlərin fikrinin yayınmasına səbəb olurdu. Həmin şəxslərə məktəbin işçiləri tərəfindən irad tutulanda isə bəzən kobud şəkildə təhqirlə cavab verir, məktəbdaxili qaydalara açıq hörmətsizlik nümayiş etdirirdilər".
"Bir daha qeyd etmək istərdim ki, pedaqoji heyət və valideynlərin birgə rəyi əsasında məktəb həyətinə arxa tərəfdən giriş qapısının bağlanması tədris prosesinin normal təşkilinə və məktəbdaxili nizam-intizam qaydalarının təmin olunmasına imkan yaradır. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanır.
İnanıram ki, ilkin subyektiv yanaşma əsasında təhsilalanların ümumi mənafeyinə xidmət edən bu təşəbbüsü müzakirəyə çıxaran şəxslər də öz övladlarının daha əlverişli təhsil mühiti naminə ortaq optimal mövqeyə gələcəklər. Çünki şagirdlərin təhlükəsizliyi və onlar üçün əlverişli təhsil mühitinin etibarlı təminatı pedaqoji kollektivlə yanaşı, eyni zamanda, valideynlərin marağında olan ən ümdə məsələlərdən biridir", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi