Litva Prezidenti və xanımı İçərişəhərdə olub
Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene mayın 18-də İçərişəhərlə tanış olublar.
Əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.
Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da onlarda böyük maraq doğurub.
Kiçik Qala küçəsi ilə gəzinti zamanı qonaqlar isti təndir çörəyinə qonaq ediliblər.
Daha sonra qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Gəzinti zamanı qonaqlar "Brilyant əl" bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olublar.
Ali qonağa xatirə hədiyyələri təqdim edilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1610 Tarix: 18 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHeydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası
"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan
6 noyabrKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
6 noyabrTarixi ədalətin Zəfəri!
Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni
2 noyabrMüstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
6 noyabrŞuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir
Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı. Dövlət başçısının uğurl
2 noyabrƏmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
4 noyabrŞuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub
"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı
4 noyabr