Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdırQonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Ölkə başçısı ənab İlham Əliyevin nın prioritet hesab etdiyi sahələrdəndir. Mayın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir.
Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə iştirak edib. Prezidenti İlham Əliyev forumda çıxışı zamanı bildirib: "Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir".
Forumda ölkə başçısı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti haqqında müzakirələr etmişdi. Qeyd edilib ki, uzun illər aparılan nəticəsiz danışıqlardan sonra Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bildirilib ki, Forumda yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətləri müzakirə edilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il ölkəmizin Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi artmaqdadır.
İndiyə kimi Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın ixrac potensialı artır. Bu il ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu gücləndirən mexanizm qismində çıxış etməkdədir.

Aynur Xəlilova – publisist


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 876   Tarix: 20 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

4 noyabr
.

Zəfər Günü və Şuşa: Tarixin dəyişdiyi, Azərbaycanın yeni reallıqlar yaratdığı mərhələ

Azərbaycanın 8 Noyabr - Zəfər Günü müasir dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi qələbənin təcəssümü deyil, həm də Azərbaycan dövlətinin uzun illər qarşısında dayanan tarixi vəzifəni reallaşdırmasının, milli iradəni

3 noyabr
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

4 noyabr
.

Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası

"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan

6 noyabr
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

3 noyabr
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

6 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Zaur Abişevə yüksək vəzifə verildi

Zaur İlham oğlu Abişev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur İlham oğlu Abişev 1984-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxal

4 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr